18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Tikinti şirkəti yaşıllığı məhv edib – Materiallar Baş Prokurorluğa göndərilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev 22 ünvanında yaşayan bir qrup sakin tərəfindən ağacların kəsilərək yerində tikinti işlərinin aparılması ilə bağlı şikayət daxil olub.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, şikayətçilərin iştirakı ilə yerində araşdırma aparılıb. Əraziyə keçirilən baxış zamanı məlum olub ki, 08.07.2017 tarixli 251 nömrəli sərəncamla Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsində 0,2 hektara yaxın torpaq sahəsi yaşayış binasının tikilməsi məqsədilə “MİD-17” MTK-ya ayrılıb və şirkət yaşıllıq ərazidə özül-qazıntı işlərinə başlayıb.
Araşdırma zamanı ərazidə qanunsuz olaraq müxtəlif diametrli 5 ədəd yaş köküstə ağacın ağır texnika ilə məhv edildiyi və təbiətə 5100 manat məbləğində ziyan dəydiyi aşkarlanıb.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib. Ərazidə bundan sonra yol veriləcək qanunsuzluqların qarşısının alınması məqsədilə aidiyyəti qurumlara müraciət olunub.
Emtv.az