18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İcra başçısı ilə birlikdə güllələnən mühafizəçidən xəbər var –”Gözünün altında şişkinlik qalıb, lakin…”
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin mühafizəçisi Qasım Aşbazovun səhhəti tam normallaşıb.
Emtv.az xəbər verir ki, bu barədə yerli mətbuata açıqlamasında Gəncə Beynəlxalq Hospitalından bildiriblər.
Qeyd olunub ki, Q.Aşbazov hazırda Gəncədəki evindədir: “Müayinə üçün Bakıdakı Dünya Göz Xəstəxanasına müraciət etmişdi. Hazırda Gəncədədir. Aldığı güllə yarasından gözünün altında şişkinlik qalıb, görməsində heç bir problem yoxdur. O da bir müddət sonra keçəcək”.
Xəstəxanadan onu da bildiriblər ki, Qasım Aşbazovun ümumi vəziyyətinin müayinə olunması üçün xarici ölkələrdən birinə göndəriləcəyi gözlənilir: “Nəticə etibarilə bir mühafizəçi olaraq həyat qurtarıb. Onun sayəsində özü də, başçı da həyatdadır”.
Xatırladaq ki, iyulun 3-də Gəncə şərinin icra başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Aysel Əliyeva
Emtv.az