SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

GƏNCƏNİN İCRA BAŞÇISI GÜLLƏLƏNİB! – “Elmar Vəliyevə 1 güllə dəyib” (YENİLƏNİB)

4-07-2018, 13:25 | Oxunub: 12 249 |

GƏNCƏNİN İCRA BAŞÇISI GÜLLƏLƏNİB! – “Elmar Vəliyevə 1 güllə dəyib” (YENİLƏNİB)
Dünən silahlı hücuma məruz qalan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin vəziyyətilə bağlı suallar açıq qalır.

Başçının sağlıq durumu ilə bağlı bir xeyli ziddiyyətli məlumatlar verilir. Rəsmi şəxslər və qurumlar yaralansa da, onun həyatı üçün təhlükə olmadığını bildirirlər, qeyri-rəsmi mənbələr isə E.Vəliyevin başından və qarın boşluğundan güllə yaraları aldığını, vəziyyətinin ağır olduğunu deyirlər. REAL-TV-nin rəhbəri Mirşahin isə hətta Elmar Vəliyevlə danışdığını, onun narahatçılığa əsas olmadığını dediyini də iddia edib.

E.Vəliyevin hansı motivlə hücuma məruz qaldığı da naməlumdur. Bildirilir ki, Rusiya vətəndaşı olan Yunis Səfərov başçını güllələyəcəyi haqda onun özünə xəbərdarlıq edibmiş. Lakin onların arasındakı gərginliyin səbəbi bilinmir.

Bu arada Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də Elmar Vəliyevin bir güllə yarası aldığını və vəziyyətinin ağır olduğunu bildirib. Partiya sədri bununla bağlı Feysbukda yazır: “Məlumat qıtlığı çox pis şeydir. Hökumət susur. Bu qədər hadisələr qarşılığında rəsmi mövqe yoxdur. Aldığım məlumatları bölüşüm: 3 güllədən biri Elmar Vəliyevə, 2-si cangüdənə dəyib. Başçı Gəncə Mərkəzi Klinikasında əməliyyat olunub. Vəziyyəti orta ağırdır. Cangüdənin vəziyyəti daha pisdir”.

***

Emtv.az xəbər verir ki, bu gün axşam saatlarında silahlı hücuma məruz qalan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin xəstəxanada dünyasını dəyişdiyi xəbəri yayılıb. Report əvvəlcə, Mərkəzi Klinik Gəncə Xəstəxanasına yerləşdirilən icra başçısının həyatını xilas etməyin mümkün olmadığını bildirsə də, məlumat rəsmən təsdiqlənməyib.

Sonradan icra başçısının vəziyyəti ağır olduğundan vertolyotla Bakıya göndərildiyi bildirilib.

Elmar Vəliyevin oğlu Elmir Vəliyev REAL-a açıqlamasında bildirib ki, atasının ölüm xəbəri ilə bağlı yayılan məlumatlar yalandır.

Bu arada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev başından və qarın boşluğundan güllə yarası aldığı xəbəri yayılıb. Emtv.az-ın gununsesi.info-ya istinadən xəbərinə görə, icra başçısı Gəncədəki Mərkəzi Klinik Xəstəxanada əməliyyata alınıb. Əməliyyat zamanı icra başçısının güllə toxunduğu baş nahiyyəsində tikiş aparılıb. Bundan başqa qarın boşluğundakı güllə əməliyyat yolu ilə çıxarılıb.

Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov Gununsesi.info-nun olayla bağlı sualına cavab verməkdən imtina edib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin məlumat yayacağı gözlənilir.


***

Təxminən 1 saat əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev silahlı hücuma məruz qalıb!
Emtv.az xəbər verir kiI, azpolitika-ya Gəncədəki mənbələrdən verilən məlumata görə, Elmar Vəliyev ağır yaralıdır, cangüdəni isə ölüb.


Hüquq-mühafizə orqanlarından apa-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında qeydə alınıb.


Report-un hüquq–mühafizə orqanlarından əldə etdiyi məlumat da azpolitika-nın xəbərini təsdiqləyib. Məlumata görə isə, hadisə nəticəsində icra başçısı Elmar Vəliyev ağır yaralanıb, mühafizəçisi Qasım Aşbazov isə hadisə yerində ölüb.

İcra başçısı ağır yaralı vəziyyətdə Mərkəzi Klinik Gəncə Xəstəxanasına yerləşdirilib. Silahlı hücumu törədən Yunis Səfərov tutulub.

Bildirilir ki, bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib.


Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Əlavə məlumat veriləcək!

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR