17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Xalq qarşısında utanmalı olan daha bir məmur: Akim Bədəlov
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin MTN gizlinlərindən büdcə talanınadək ilginc dosyesi
Mingəçevir olayı günəşli və küləkli bir ölkədə-Azərbaycanda alternativ enerji mənbələrinin tapılması, bu enerjidən yararlanmağımızı bir daha aktuallaşdırdı…
Bütün dünya yaxın gələcəkdə neft ehtiyatlarının tükənəcəyini nəzərə alaraq alternativ enerjiyə önəm verməkdədir, bu sahədə iri layihələr həyata keçirilir. Azərbaycanda isə bu sahəni nizamlı vəziyyətə gətirəcək dövlət qurumu statuslu agentlik olsa da, hələ də, necə deyərlər, yerin altından çıxarılan, od qiymətinə olan neft məhsullarını yandıraraq enerji almaqla məşğuluq.
Bəs Prezident Fərmanı ilə yaradılaraq geniş status verilmiş Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi nəüçün yaradılıb? Ötən müddətdə Agentliyin direktoru Akim Bədəlov nə iş görüb? Hansı alternativ enerji mənbələri aşkar olunub, bu enerjilərdən nə qədər mənfəət əldə edilib? Agentlik hər il Dövlət büdcəsindən milyonlarla vəsait alsa da, ortada səmərəli vəüz qızardan bir iş yoxdur. Niyə? Emtv.az olaraq bildiririk ki, bu suala anaxeber.az-ın aşağıdakı araşdırma yazısında cavab tapa biləcəksiniz…
Akim Bədəlov-Rizvan Vəliyev tandemi
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbər şəxslərinin adı “MTN işi”ndə hallanıb. Söhbət Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Akim Bədəlov, həmin agentliyin nəzdində olan “Azalternativenerji” MMC-nin direktoru vəzifəsində şalışan Rizvan Vəliyev və digərlərindən gedir. Bu mövzu ilə bağlı Anaxeber.az olaraq media üzərindən apardığımız araşdırmalardan məlum olub əvvəlcədən qeyd edək ki, Rizvan Vəliyev ölkənin maliyyə dayanıqlığına ağır zərbə vuran, qanunsuz olaraq milyardlarla vəsaitin xaricə çıxarılmasına şərait yaradan MTN-nin Hava Limanı İdarəsinin bugünlərdə işdən çıxarılan sabiq rəisi Pərviz Vəliyevin qardaşıdır. Akim Bədəlov isə Eldar Mahmudov-Cahangir Hacıyev tandemi tərəfindən yaradılan “dərin dövlət” klanının aktiv üzvü olan polkovnik Pərviz Vəliyevin dayısıdr.
Emtv.az-ın gündəm.az-a istinadən daha sonra qeyd edir ki, MTN-in hava limanı rəisi Pərviz Vəliyevin qardaşı, sabiq milli təhlükəsizlik naziri E.Mahmudovla yaxın əlaqələri olan, tikinti maqnatı Rizvan Vəliyev barəsində ilginc faktlar daxil olub. Hazırda R.Vəliyev Alternativ və Bərpa Olunan Enerjı Mənbələri üzrə Dövlət Agentliyinin nəzdində olan “Azalternativenerji” MMC-nin direktor vəzifəsindədir. R.Vəliyev dayısı A.Bədəlovla yüksək himayədarları sahəsində uzun illərdir Bakı və regionlarda iri sifarişli tikintiləri həyata keçirməkdədirlər. Tikinti şirkətinin adı “Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzidir. Mərkəzin tikdiyi obyektlər sırasında Zaqatala şəhər stadionu, Globus Plaza, City Developer MMC-nın obyektləri, Ali Məhkəmənin binası və bir çox digər obyekt və yaşayış binalarıdır.
Dövlət agentliyində – büdcə talanı
Hesablama Palatası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlardan ayrılmış vəsait hesabına Agentlik tərəfindən 2012-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa edilən enerji mənbələrindən istifadəyə dair Dövlət Startegiyasının, Agentliyin strateji istiqamətlərinin müəyyənləşdirilməsi və alternativ və bərpa edilən enerji mənbələri üzrə investitsiya və enerji potensialının araşdırılması üçün müvafiq metodik təlimatların hazırlanması işləri başa çatdırılıb. Lakin araşdırmalar zamanı agentlikdə büdcə vəsaitlərinin istifadəsi zamanı külli miqdvarda yeyintilərə yol verildiyi də müəyyən oulunub.
Agentliyin saxlanılması ilə əlaqədar büdcə proqnozlarının tərtibi zamanı bir sıra xərclər üzrə real tələbat və əvvəlki illərin icra səviyyəsi nəzərə alınmamış, eyni texniki parametrlərə malik və eyni istehsalçıdan podratçı tərəfindən alınmış günəş panelləri sifarişçinin aldığı günəş panellərinin qiymətləri ilə müqayisədə çox şişirdilmiş – baha olmuşdur. Agentlikdə müddətli əmək müqaviləsi ilə işləyən işçilərə nəzərdə tutulmadığı halda mükafat verilib. Ezamiyyət xərcləri üzrə artıq vəsait xərcinə yol verilib. Bununla bağlı Anaxeber.az olaraq apardığımız araşdırmalar zamanı bəlli olub ki, adıçəkilən Agentlikdə qanunsuz ezamiyyət xərclərinə 200 min 35 manat büdcə vəsaiti «silinib». Bəzi hallarda satınalma metodu tətbiq edilmədən alqı-satqı əməliyyatları həyata keçirilib. Və satınalmalar minimum məbləğ həddinə əməl edilməyərək ayrı-ayrı hissələrə bölünərək həyata keçirilib. Yerinə yetirilməyən işlərin uçota alınmaması nəticəsində 567 min 633 manat vəsait talan edilib. Nazirlər Kabinetinin müvafiq sərəncamlarında alternativ enerji mənbələrinin yaradılması üçün bu sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasındja təşkilatın seçilməsi və onunla birbaşa müqavilə bağlanması göstərilsə də, bu sahədə təcrübəsi olan şirkətlərin seçilməsi ilə əlaqədar müvafiq prossedurlar gözlənilməyib. Bir halda obyektin layihə-smeta sənədləri tərtib edilmədən və ehtimal olunan qiyməti müəyyən edilmədən tikinti-quraşdırma işləri yerinə yetirilib. Dövlət Büdcəsinin Ehtiyat Fondundan ayrılan vəsaitin istifadəsi zamanı Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün Biləsuvar rayonu ərazisində fəaliyyətdə olan 6 məktəbdə və 6 uşaq bağçasında istilik mənbəyi və binadaxili istilik sistemlərinin yaradılması, həmçinin alternativ enerji mənbələrinin yaradıldması obyektləri üzrə tikinti-quraşdırma işlərinin başa çatdırılıb istifadə olunmasına baxmayaraq obyektlərin istismara qəbulu ilə əlaqədar dövlət qəbul komissiyası yaradılmayıb. Yəni gizli və qanunlara müvafiq aparılmadan talan həyata keçirilib. Qəbul kormissiyasının «Maliyyə vəziyyəti haqqında hesabat»ın, «Sair uzunmüddətli maliyyə aktivləri haqqında» hesabında başa çatdırılmayan kapital qoyuluşları tam həcmdə aktivlər kimi uçota alınmayıb. Nəticədə 51 min 39 manat isə başa çatdırılmayan kapital qoyuluşları və müvafiq qanunlarla bağlı talan edilib.
Hesablama palatasının ifşası: Akim Bədəlov düzəlmir ki, düzəlmir…
Azərbaycan Hesablama Palatası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində (AREA) həyata keçirdiyi audit yoxlamanın nətcələrini artıq Milli Məclisə göndərib. Beləliklə, yoxlama zamanı ciddi maliyyə pozuntuları aşkarlanıb. Kollegiyanın məlumatında deyilir ki, yoxlama Dövlət Agentliyində və onun tabeliyində olan , “Azalternativenerji” MMC-də həyata keçirilib (Bu MMC barədə az sonra maraqlı fakt açıqlanacaq). Qeyd edək ki, audit dövlət büdcəsindən ayrılmış aparatın və Cəmiyyətin saxlanılmasıüçün 7,3 mln. manat, həmçinin cəlb edilmiş 2,5 mln. manat kredit resursunu və dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına ayrılmış 10,6 mln. manat vəsaiti əhatə edib. Məlum olur ki, Agentliyin rəhbərliyi MüşahidəŞurasını, hətta Əsasnamədə nəzərdə tutulmuş Elmi metodiki Mərkəzi belə yaratmayıb, nəticədə müvafiq nəzarət təmin edilməyib. Proqramda nəzərdə tutulmuş tədbirlər bəzi hallarda gecikmə ilə yerinə yetirilib. Təsəvvür edin, məsuliyyətsizlik o dərəcədə olub ki, 2015-ci ilin hesabat dövrü üzrə mənfəət vergisinin bəyannaməsində mənfəət vergisi az göstərilib, debitor və kreditor borcların ləğv edilməsi istiqamətində zəruri tədbirlər isə görülməyib. Axı tədbirlər necə görülməli idi, başı büdcə vəsaitlərini necə gəldi xərcləməyə qarışmış Akim bədəlovun buna vaxt ayırmağa vaxtımı var idi?
Məlum olur ki, hələ bu ilin əvvəlində Prezident İlham Əliyev Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi iləÇin Xalq Respublikasının Energetika üzrə Dövlət İdarəsi arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Fərman da imzalayıb. Fərmanın adından da görünür ki, məqsəd Agentliyin alternativ enerji istehsalçılığı sahəsində daha geniş təcrübəyə malik olan Çin Xalq Respublikasının Energetika üzrə Dövlət İdarəsi arasında 2015-ci il dekabrın 10-da Pekin şəhərində imzalanmış Anlaşma Memorandumu hüquqi statusa malik olsun, həyata vəsiqə alsın…Yenə dəötən müddətdə faydalı bir işin şahidi deyilik. Halbuki Xəzəryanı bölgələrimiz il boyu həm külək, həm də günəş enerjisi ilə zəngindir. Eləsinoptiklərimizin ilboyu hava proqnozlarına diqqət yetirmək kifayətdir. Azərbaycanda ilin ən azı 10 ayı günəşli vəil boyu isə küləkli olur. Naxçıvan MR, Yevlax, Kürdəmir, Hacıqabul, Şirvan, Siyəzən, Ağsu, Zərdab, Bərdə, Tərtər, Qazax, Tovuz, Bakı, Sumqayıt…əhalisi yay olanda kondisionerini ən azı 3-4 ay fasiləsiz işlətməli olur. Çünki yay aylarında havadan od tökülür…Bəs niyə orta temperaturu 40-50 olan bu bölgələrdəki günəş enerjisi alternativ enerjiyəçevrilmir?Nədir mane olan? Xəzərboyu güclü küləkli hava da bu qəbildən… Bu qədər zəngin və tükənməz, havayı enerji mənbələri isə o boyda dövlət agentliyinin gözündən uzaq, könlünə isə yaddır…
Dövlət Agentliyi sədrinin başı hansı işlərə qarışıb?
Problemin kökünü bu dəfə Hesablama Palatası tapdı…Budur, təzadlar-ın araşdırma qrupu aydınlaşdırdı ki, Hesablama Palatası 2014-2015-ci illərdə və 2016-cı ilin birinci rübündə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “Azalternativenerji” MMC tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı auditin nəticələrini ortaya qoyub.Acı nəticədir.Əhalimiz bu agentlikdən xeyirli fəaliyyət gözləyir, Akim Bədəlov isə himayəsində olan “Azalternativenerji” MMC-nin nazı ilə oynayıb, dövlətin vəsaitini istədiyi kimi dağıtmağa şərait yaradıb…Bunu biz demirik, Hesablama Palatası yoxlama hesabatları iə təsdiqləyib. Məsələn, audit yoxlamalar dövlət büdcəsindən ayrılmış və Agentliyin aparatının və onun saxlanılması üçün 7,3 mln. manat, həmçinin cəlb edilmiş 2,5 mln. manat kredit resursunu və dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına ayrılmış 10,6 mln. manat məbləğində vəsaiti əhatə edib. Bir daha deyirik ki, Akim Bədəlovun rəhbəri olduğu bu Agentlik Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində dövlət siyasəti və tənzimlənməsini, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətin səmərəli təşkilini, bu sahədə fəaliyyətin əlaqələndirilməsi və dövlət nəzarətini həyata keçirir.
“Azalternativenerji” MMC nə məqsədlə yaradılıb?
…Və Agentliyin tabeliyində olan “Azalternativenerji” MMC tərəfindən 17 obyektdə (günəş, külək və kiçik su elektrik stansiyası) bütün qurğularla alternativ enerji mənbələri hesabına elektrik enerjisinin istehsalı 2015-ci ildə 8157799,0 kVt.s, 2016-cı ilin birinci rübündə isə 1949889,0 kVt.s təşkil edib. Agentlik isə imkanların niyə yalnız 46%-ni istifadə edir?2015-ci ildə elektrik enerjisi istehsalıümumi istehsalat gücünün 46%-ni təşkil edib. 4 obyektin layihə gücündən 10%, 5 obyektin layihə gücündən 20%, 4 obyektin layihə gücündən 50%, cəmi 2 obyektin layihə gücündən 90% və 2 obyektin layihə gücündən də 90%-dən çox istifadə olunub. Audit olunan obyektlər tərəfindən istehsal edilmiş elektrik enerjisinin 88,1%-i satışa ötürülüb, 11,9%-i daxili istehlaka və itkiyə yönəldilib.
Ən pisi, məlum olur ki, Dövlət Proqramında nəzərdə tutulan tapşırıqlara əməl edilməyib. Yenə də sual yaranır: niyə? Kim və nə mane olub? Ən dəhşətlisi: layihə güclərinin işə salınmasına çəkilən xərclərin təhlili layihə gücü eyni olan bir neçə obyektin smeta dəyərlərinin müxtəlif olduğunu göstərir. Bu nə qanunsuzluqdur?Agentlik tərəfindən bu, həmin ərazilərdə infrastruktur işlərinin müxtəlifliyi iləəlaqləndirilsə də, eyni güclərin yaradılmasına çəkilən xərclərin əhəmiyyətli fərqlənməsi obyektlərin layihələndirilməsi işinin təkmilləşdirilməsinin vəəlaqələndirilməsini zəruri edir.
Maliyyə əməliyyatlarındakı maxinasiyalar gözə girir…
Hesablama Palatası onu da müəyyən edib ki, əksər hallarda enerji satışıüzrə hesablaşmaların uçotu vaxtında aparılmayıb, quraşdırılmış alternativ enerji mənbələri obyektlərinin istismara verilməsi ilə bağlı işlərin həyata keçirilməsi, sadəcə, təmin edilməyib, bəzi aktivlər əsas vəsait kimi heç uçota da alınmayıb, yaxud, 2015-ci ilin hesabat dövrüüzrə mənfəət vergisinin bəyannaməsində mənfəət vergisi az göstərilib, debitor və kreditor borcların ləğv edilməsi istiqamətində zəruri tədbirlər isə görülməyib. Beləliklə, Hesablama Palatasının Kollegiyası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və“Azalternativenerji” MMC tərəfindən yol verilmiş ciddi nöqsanların müəyyən hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlbi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Palataya məlumat verilməsi məqsədilə Kollegiya qərarının surəti və müvafiq təqdimat Agentliyə göndərilib. Amma kimə qarşı tədbir görülməlidir?Agentliyin sədri Akim Bədəlova qarşı?
Akim Bədəlovun “ailə podratı”?
Agentliyin “dərdi” tapılıb. Məlum olur ki, Akim Bədəlov agentlikdə əməllicə “ailə podratı” yaradıb və… Elə bir müddət əvvəl Akim Bədəlovun adı həm də mərhum akademik Tofiq İsmayılovun ailəsinə qarşı etdiyi haqsızlıqla da diqqətdə qalıb.
Budur, 2014-cü ildə Layihə-smeta sənədlərinin hazırlanmasıüçün məsləhətçi xidmətlərin alınmasına görə Akim Bədəlovun sədri olduğu agentlikdən “Xəzər Konsaltinq Agentliyinə” adıçəkilən QSC-yə 1.250.000 (bir milyon iki yüz əlli min manat) vəsait ötürülüb. Kim bilmir ki, bu QSC Akim Bədəlovun ailəsinin nəzarətində deyil və“Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzinə də sədrin yaxın qohumu Asif İsmayılov rəhbərlik edir. Bunu isə bir sıra elektron media açıq yazıb və hələ də təkzib edilməyib… Hansı ki, bu şirkətin səhmdarı isə onun həyat yoldaşı və oğludur, bəs belə olan halda həmin şirkət Akim Bədəlovun sədri olduğu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində podratçı ola bilərdimi? Axı qanun bunu birmənalı olaraq yasaq edir.
Akim Bədəlovu nə gözləyir?
Hesablama Palatasının məlum yoxlamaları, bir müddət əvvəl isə Akim Bədəlovun rəhbəri olduğu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəsmi statusunun əlindən alınaraq Energetika Nazirliyinin tərkibinə qatılmasıçox mətləblərdən xəbərverir… təzadlar-ın əməkdaşları hələ 2009-cu ildə Xızının Şurabad kəndi yaxınlığında (Xəzər dənizinin sahilboyu) külək enerjisindən elektrik enerjisi istehsal etmək üçün yaradılmış pilot layihənin vəziyyəti ilə maraqlanıb, Mərəzə qəsəbəsində-dağın döşündəquraşdırılmış günəş batareyaları sisteminin və yenə də bu ərazidəki küləkdən elektrik enerjisi istehsal edən qurğuların, Bakı-Yevlax avtomobil yolunun Sahil qəsəbəsindən keçən hissəsində (Sement zavodunun qarşısı) günəş enerjisindən elektrik enerjisi istehsal edən kompleksin… vəziyyəti ilə maraqlanıb…Əməkdaşlarımıza adının çəkilməsini istəməyən mütəxəssislər deyiblər ki, bu pilot layihələrə ayrılan vəsaitin silinməsi üçün hər ay saxta sənədlərlə guya enerji istehsal edilməsi barədə hesabatlar hazırlanıb, aidiyyəti qurumlara təqdim edilib, bu olmayan enerjilərin alıcılarından saxta hesabatlar götürülüb…“Pripiska”nın yeni variantıdırmı bu? Hələ 2010-cu ildə Qobustanda eksperiment olaraq poliqon və tədris mərkəzi yaradıldı, külli miqdarda vəsait xərclənərək 30 hektarda külək elektrik stansiyası, günəş elektrik stansiyası və s. quraşdırıldı. 2010-cu ildə həm də Sumqayıt Texnologiyalar Parkında “Günəş kollektorları və qazanları” zavodu fəaliyyət göstərməyə başladı. Bəs niyə bu enerjilərdən bəhrələnənləri görmürük? Problem niyə bu qədər qəlizdir? Yuxarıda Hesablama Palatasının məlum yoxlaması və digər direktiv sənədlər təsdiqləyir ki, sahədə ciddi provlemlər və qanunsuz fəaliyyətlər vardır. O sahədə ki, onun inkişafı Akim Bədəlova etibar edilmişdir. Amma Akim Bədəlov çox təəssüflər olsun ki, bu etimadı doğrultmadı, fəaliyyəti korrupsiya ilə inkişaflı istiqamətli oldu…
Emtv.az