SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Heybət İmanov Sahil Babayevi məmurlarla üz-üzə qoyur - İTTİHAM

9-07-2018, 15:05 | Oxunub: 13 095 |

Heybət İmanov Sahil Babayevi məmurlarla üz-üzə qoyur - İTTİHAM
ƏSMM-in daxil nəzarət şöbəsinin müdir əvəzi Səlim Müslümov komandasına qarşı qısasçılıq hissi ilə alışıb yanır.

Sahil Babayevin Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri təyin edildikdən sonra qurumda bir çox kadr islahatları aparıldı. Bu islahatlarda quurmdan uzaqlaşdırılan əsas fiqurlar isə keçmiş nazir Səlim Müslümovun komandası idi. Vaxtı ilə ƏSMM-də “boz kardinal” rolunu oynayan keçmiş aparat rəhbəri Əjdər Cəbiyevin (Ol) adamları da aparılan kadr islahatları nəticəsində vəzifələrindən uzaqlaşdırıldılar. Sahil Babayevin ilk əvvələr nazir kimi ortaya mövqe qoyaraq keçmiş sələfinin korrupsioner məmurlarını vəzifədən uzaqlaşdırsa da, sonradan kadr islahatları dayandı.

ƏSMM-də kadr islahathatlarının dayanmasını yerli media qurumları yeni nazirin hakimiyyətdəki bəzi məmurlarla üz-üzə qalması ilə izah etdilər. Görünən odur ki, nazirliyin müxtəlif qurumlarında yüksək vəzifə sahibləri hakimiyyət daxilindəki nüfuzlu məmurların çətiri altındadırlar. Məhz bu məsələ Sahil Babayevin kadr islahatlarının dayanmasına səbəb olan amillərdən biri kimi qiymətləndirilir.

Bundan başqa nazirlik içində müavinlər Mətin Kərimli ilə İlqar Rəhimovun nüfuz dairələrini genişləndirmələri və bəzi kadrlara arxa çıxmaları da Sahil Babayevi çıxılmaz vəziyyətə salıb. Emtv.az bildirir ki, nazirlik içindən azfakt.com-a verilən məlumata görə Sahil Babayevin daxili nəzarət şöbəsinin müdir əvəzi təyin etdiyi Heybət İmanov da Sahil Babayevi hakimiyyətdəki bir çox məmurlarla üz-üzə qoyub.

Verilən məlumatda iddia olunur ki, Heybət İmanov keçmiş nazir Səlim Müslümovun və aparat rəhbəri Əjdər Cəbiyevin adamları ilə barəbar həm də onlara yaxın münasibətdə olan digər kadrlarında təmizlənməsi ilə bağlı Sahil Babayevə təqdimat verib. Nazir həmin kadrları işdən çıxartmaq istəsə də hakimiyyət içindəki məmurlar hərəkətə keçərək Sahil Babayevin fikrindən daşındırıblar.

İnformasiya mənbələri bildirir ki, Heybət İmanov vaxtı ilə onun Səlim Müslümovun komandası tərəfindən ƏSMM-dən qovulmasını hələ də həzm edə bilmir və keçmşdə olanların qısasını almaqla "alışıb yanır".


Bildirək ki, Heybət İmanov vaxtı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sabiq nazir Füzuli Ələkbərovun “qara kassa”larından sayılırdı və qurumda çox ciddi çəkiyə malik bir məmur kimi tanınırdı. Səlim Müslümov ƏSMM naziri təyin edildikdən sonra Heybət İmanovu vəzifəsində yol verdiyi ciddi nöqsanlara görə işindən qovdu.

ƏSMM-dən qovulan Heybət İmanov bir müddət Hesablama Palatasında şöbə müdirinin müavini vəzifəində çalışıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR