SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Cənab Əbülfəz Qarayev, qəzalı vəziyyətdə olan və damcıxanaya çevirilən bu muzeydə Azərbaycanın dahi şəxsiyyəti dünyaya göz açmışdır-FOTOLAR

9-07-2018, 11:02 | Oxunub: 9 853 |

Azərbaycanın səfalı diyarı olan Xızı təbiəti, füsunkarlığı ilə yanaşı, həm də bir çox dahi şəxsiyyətimizin doğulub boya-başa çatdığı rayonlarımızdandır. Bu torpaqda Mikayıl Müşfiq, Cəfər Cabbarlı kimi dahilər dünyaya göz açıb.
Cənab Əbülfəz Qarayev, qəzalı vəziyyətdə olan və damcıxanaya çevirilən bu muzeydə Azərbaycanın dahi şəxsiyyəti dünyaya göz açmışdır-FOTOLAR

Bu dəfə qərara gəldik ki, yaşadıqları çox qısa ömürlərində qiymətli yaradıcılığa və böyük şöhrətə imza atmağı bacarmış dahilərimizin yurduna səfər edək.

Bənzərsiz istedad sahibi, dramaturq, şair, nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, Əməkdar incəsənət xadimi olmuş Cəfər Cabbarlının Xızıdakı izlərini ziyarət edək.

Emtv.az xəbər verir ki, cəmi 35 il ömür sürmüş Cəfər Cabbarlının 1899-cu ilin 20 martında Xızıda dünyaya gəldiyi ev hazırda eksponat kimi qorunub saxlanılır. Bu ev 1956-cı ildən muzey kimi fəaliyyətə başlayıb. Ancaq muzeyə rəsmi status 1961-ci ildə verilib.

Kasıbçılıq və yoxsulluq üzündən ailəsi 1903-cü ildə Bakıya köçsə də, C.Cabbarlı ara-sıra Xızıdakı evlərinə gəlirmiş. Orada yaşayan və yaradıcılıqla məşğul olan bibisi Zərnişanla, dağ kəndlərindəki qohumları ilə görüşürmüş.

Həmin muzeydə olduğumuz zaman düşünürdük ki, Bakıdan cəmi 110 kilometr uzaqlıqda yerləşən bu evin varlığından, bəlkə də, çoxları xəbərsizdir. Bir çoxları bu xatirələrlə dolu evin yanından keçsə də, yəqin ki, əhəmiyyət verməyib. Buna səbəb isə ev muzeyinin hündür villalar arasında itib-batmasıdır.

Cəfər Cabbarlı bu evdə cəmi iki il yaşayıb. Buna baxmayaraq, evin hər bir daşında dahi dramaturqun silinməz izləri görünür. Kim bilərdi ki, bir kömürçünün tikdiyi bu koma gələcəkdə tarixi muzeyə çevriləcək, illər keçsə belə, qonaqlı-qaralı olacaq.

Muzey C.Cabbarlının həyat yoldaşı Sona xanımın təşəbbüsü ilə yaradılıb. Lakin SSRİ dövründə yazıçılarmıza qarşı münasibətin birmənalı olmadığına görə baxımsız qalıb. Muzeyin sökülüb-tökülməsi heç kimi maraqlandırmayıb.

1978-ci ildən qorunan muzeyin ümumi sahəsi 30 kvadratmetrdir. Şüşəbəndlə mühafizə edilən ev 2 otaqdan, bir dəhlizdən ibarətdir. Mədəniyyət ocağında 8000-dən çox eksponat qorunub saxlanılır.

Emtv.az daha sonra Sputnik Azərbaycan-a istinadən qeyd edir ki, eksponatların sərgiləndiyi otaqlarda ədibin həyat və yaradıcılığını əks etdirən sənədlər, fotoşəkillər, sağlığında istifadə etdiyi özünə və ailəsinə məxsus şəxsi əşyaları, ayrı-ayrı dram əsərlərinə hazırlanmış səhnə maketləri nümayiş etdirilir.

Yataq otağında ədiblə vidalaşma mərasimində və dəfnində çəkilmiş fotoşəkillər var. Xatırladaq ki, Cəfər Cabbarlı Novruz bayramı gecəsi - 20 martda dünyaya göz açıb və bir xristian bayramı günü - 31 dekabrda son mənzilə yola salınıb.

Cabbarlının Xızıdakı ev muzeyi hal-hazırda çox qəzalı vəziyyətdədir. Muzeyin işçisi Anaxanım Kərimovanın sözlərinə görə, yağış yağan zaman evin damından su içəriyə tökülür: "Yağış, qar yağanda eksponatlar zərər görməsin deyə çox əziyyət çəkirik. Günü-gündən qəzalı vəziyyət daha da genişlənir. Belə getsə, muzey tez zamanda tamamilə sıradan çıxacaq. Təmir-bərpa işlərinə isə gücümüz çatmır".

A.Kərimovadan onu da öyrəndik ki, evin vəziyyəti barədə dəfələrlə indiki Mədəniyyət Nazirliyinə məlumat veriblər. Lakin hər dəfəsində hələ ki, bu muzeyin təmirinin nəzərdə tutulmadığı cavabını alıblar.

Cəfər Cabbarlı kimi dahi şəxsiyyətin dünyaya gəldiyi evin yerli və xarici turistlərə belə acınacaqlı, qəzalı vəziyyətdə təqdim etmək heç də ürəkaçan deyil. İnanırıq ki, bir gün bu ocağa da dönüb baxan, onu bu vəziyyətdən xilas edən tapılacaq. Beləliklə də Cabbarlının ruhu şad olacaq.

Xızıda ev muzeyindən əlavə, C.Cabbarlı adına salınmış park da fəaliyyət göstərir. Parkda dahi dramaturqun 1999-cu ildə Cəlal Qaryağdıoğlu tərəfindən hazırlanmış heykəli də qoyulub.

Aysu Əliyeva
Emtv.az
Cənab Əbülfəz Qarayev, qəzalı vəziyyətdə olan və damcıxanaya çevirilən bu muzeydə Azərbaycanın dahi şəxsiyyəti dünyaya göz açmışdır-FOTOLAR
Cənab Əbülfəz Qarayev, qəzalı vəziyyətdə olan və damcıxanaya çevirilən bu muzeydə Azərbaycanın dahi şəxsiyyəti dünyaya göz açmışdır-FOTOLAR
Cənab Əbülfəz Qarayev, qəzalı vəziyyətdə olan və damcıxanaya çevirilən bu muzeydə Azərbaycanın dahi şəxsiyyəti dünyaya göz açmışdır-FOTOLAR
Cənab Əbülfəz Qarayev, qəzalı vəziyyətdə olan və damcıxanaya çevirilən bu muzeydə Azərbaycanın dahi şəxsiyyəti dünyaya göz açmışdır-FOTOLAR
Cənab Əbülfəz Qarayev, qəzalı vəziyyətdə olan və damcıxanaya çevirilən bu muzeydə Azərbaycanın dahi şəxsiyyəti dünyaya göz açmışdır-FOTOLAR
Cənab Əbülfəz Qarayev, qəzalı vəziyyətdə olan və damcıxanaya çevirilən bu muzeydə Azərbaycanın dahi şəxsiyyəti dünyaya göz açmışdır-FOTOLAR
Cənab Əbülfəz Qarayev, qəzalı vəziyyətdə olan və damcıxanaya çevirilən bu muzeydə Azərbaycanın dahi şəxsiyyəti dünyaya göz açmışdır-FOTOLAR
Cənab Əbülfəz Qarayev, qəzalı vəziyyətdə olan və damcıxanaya çevirilən bu muzeydə Azərbaycanın dahi şəxsiyyəti dünyaya göz açmışdır-FOTOLAR

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR