17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
METRODAKI GECİKMƏNİN SƏBƏBİ AÇIQLANDI
Bu gün saat 11:30 radələrində Bakı Metropoliteninin "Cəfər Cabbarlı" stansiyası istiqamətində qatarların hərəkətində yubanma baş verib.
"EMTV.az" xəbər verir ki, qatarların gecikməsi sərnişin sıxlığına səbəb olub.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev yubanmaların səbəblərinə aydınlıq gətirərək bildirdi ki, bu, diaqnostika qatarının xəttə buraxılması ilə əlaqədar olub:
"Təlimata uyğun olaraq diaqnostika qatarını xətlərə göndəririk. Bu gün saat 11:30-da diaqnostika qatarını xəttə buraxmışıq. Bu, adi prosedurdur və bütün xətlərdə olur.
Qatar xəttə daxil olaraq "Cəfər Cabbarlı" stansiyasına, oradan isə "Xətai" stansiyasına gedib. Sonra isə yenidən "Cəfər Cabbarlı" stansiyasına qayıdıb. Metronun "Cəfər Cabbarlı" stansiyası ilə "Xətai" stansiyası arasında yol iki xətlidir.
Diaqnostika qatarı "28 May" xəttindən "Cəfər Cabbarlı" xəttinə buraxılıb və buna görə müəyyən gecikmə olub. Yubanmalar bununla bağlıdır. Metroda hər hansı nöqsan, çatışmazlıq baş verməyib. Sadəcə, diaqnostika qatarının xəttə buraxılması səbəbindən gecikmə olub. Yoxlama oldu və başa çatdı.
Diaqnostika qatarı xəttə çıxmalı və yoxlamalıdır. Belə olduqda xətlərdə hər hansı nöqsan varsa, diaqnostika qatarı onu aşkarlayır".