SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Seçkiləri saxtalaşdırıb xalqa atəş açanların həbsi başladı

4-07-2018, 15:05 | Oxunub: 8 337 |

Seçkiləri saxtalaşdırıb xalqa atəş açanların həbsi başladı
Ermənistanın keçmiş müdafiə naziri, general-polkovnik Mikael Arutyunyan Yerevanda 2008-ci il martın 1-də prezident seçkilərinin saxtalaşdırılmasına etiraz olaraq küçələrə çıxan nümayişçilərə qarşı ordudan istifadə etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunub. Erməni KİV xəbər verir ki, Arutyunyan konstitusion quruluşu devirməkdə ittiham edilir və prokurorluq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsadət verib. Lakin general Arutyunyanın yerini müəyyən etmək mümkün olmayıb və barəsində axtarış elan edilib. Məlumatı Ermənistanın Xüsusi İstintaq Xidməti yayıb.

Məlumatda deyilir ki, bu gün Arutyunyana və digərlərinə qarşı 2008-ci il fevralın 23-dən martın 2-nə qədər Ermənistanda konstitusion quruluşun devrilməsi ittihamı ilə cinayət işi başladılıb. Bu cinayət işi 2008-ci il martın 1-də və 2-də Yerevanda baş vermiş hadisələrin, yəni nümayişçilərə atəş açılması üzrə cinayət işinin istintaqına birləşdirilib. Arutyunyan digər vəzifəli şəxslərlə əlbir olaraq konstitusion quruluşu devirməkdə ittiham olunur.

Seçkiləri saxtalaşdırıb xalqa atəş açanların həbsi başladı

Xüsusi İstintaq Xidməti bildirir ki, 2008-ci il 19 fevral prezident seçkilərinə hazırlıq və seçkilərin keçirilməsi zamanı Konstitusiyanın 4-cü maddəsini-xalqın azad seçkilər yolu ilə öz hakimiyyətini formalaşdırmaq hüququnu pozub. Belə ki, seçki prosesində müxtəlif ictimai təşkilatlar və vətəndaşlar tərəfindən prezidentliyə namizəd Serj Sərkisyanın və o vaxtkı prezident Robert Köçəryanın tərəfdaşlarının yol verdiyi çoxsaylı pozuntular qeydə alınıb. Bu kütləvi pozuntular, seçkilərin saxtalaşdırılması kütləvi hiddətə səbəb olub və fevralın 20-dən etibarən fasiləsiz etiraz aksiyaları təşkil edilib.

O vaxtkı hakimiyyət bu etirazlardan ciddi narahat olub. M.Arutyunyan və digər yüksək vəzifəli şəxslər Ermənistan ordusunun ancaq təhlükəsizliyi, müdafiəni və ərazi bütövlüyünü təmin etməli olduğu haqda konstitusiya maddəsinin tələblərini pozublar. Habelə ölkəyə hərbi hücum, birbaşa müharibə təhdidi və ya müharibə elan edilməsi halında hərbi vəziyyətin prezident tərəfindən elan edilməli olduğu, yalnız bundan sonra silahlı qüvvələrdən istifadə haqda əmr verilə biləcəyi haqda maddə pozulub. M.Arutyunyan və digər vəzifəli şəxslər konstitusiyanı pozaraq Ermənistanda hərbi vəziyyət elan ediblər, silahlı qüvvələr isə mitinqlərdə iştirak edən vətəndaşlara qarşı tətbiq olunub.
Seçkiləri saxtalaşdırıb xalqa atəş açanların həbsi başladı

2008-ci il fevralın 23-də müdafiə naziri “tam məxfi” qrifi altında əmr imzalayıb. Həmin əmrdə “ali baş komandan tərəfindən qoyulmuş vəzifələrin yerinə yetirilməsi” barədə bəhs edilir. Əmrə əsasən dinc nümayişçilər “prezident seçkilərinin nəticələrini qəbul etməyən və vəziyyəti gərginləşdirən siyasi qüvvələr” adlandırılır. “Ölkənin təbii inkişafını təmin etmək üçün” silahlı qüvvələrin bütün heyəti kazarma vəziyyətinə gətirilib, zabit qrupları yaradılıb, mürəkkəb vəzifələri yerinə yetirmək üçün bölmələr ayrılıb, atıcı silahlar verilib.

Martın 1-də səhər saatlarında polis Yerevanın Azadlıq meydanında gecələyən nümayişçiləri təmizləmək üçün əməliyyat keçirib, bundan sonra nümayişçilər Myasnikyan heykəlinin yanında toplaşıb. Martın 1-də axşam polis və ordu bölmələri silah, partlayıcı maddə tətbiq etməklə nümayişçiləri dağıdıb, nəticədə 8 mülki şəxs, 2 polis həlak olub, yüzlərlə adam yaralanıb.
Seçkiləri saxtalaşdırıb xalqa atəş açanların həbsi başladı

General-polkovnik Mikael Arutyunyan 1946-cı ildə Azərbaycanın Şamaxı rayonunda anadan olub, 1963-1967-ci illərdə Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində təhsil alıb. Sonradan sovet ordusunda xidmətə başlayıb, Zaqafqaziya Hərbi Dairəsinin 7-ci ordu korpusunun kəşfiyyat rəisi-qərargah rəisinin müavini vəzifəsinə qədər yüksəlib. 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisinin birinci müavini, Əməliyyat İdarəsinin rəisi olub. 1994-2007-ci illərdə Baş qərargah rəisi vəzifəsini tutub. 2007-ci ildə müdafiə naziri təyin edilib və bir il bu vəzifəni icra edib. Daha sonra Baş hərbi müfəttiş təyin edilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR