SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Sabiq müdafiə naziri haqqında həbs qərarı VERİLDİ

3-07-2018, 14:34 | Oxunub: 7 236 |

Sabiq müdafiə naziri haqqında həbs qərarı VERİLDİ
Ermənistanın sabiq müdafiə naziri, Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi, general-polkovnik Mikael Arutunyan Konstitusiya quruluşunu zorakılıqla devirməkdə ittiham olunur.

Emtv.az-ın "news.am” saytına istinadən verdiyi xəbərə görə, Xüsusi İstintaq Qrupunun rəhbərinin qərarına əsasən 2008-ci il fevralın 23-dən martın 2-nə qədər vəzifədə olmuş müdafiə naziri və digər rəsmilərə qarşı cinayət işi qaldırılıb. Bu cinayət işi 2008-ci il 1-2 mart hadisələri üzrə cinayət iş ilə birləşdirilib. İş üzrə M. Arutunyanı təqsirləndirilən şəxs qismində cəlb etməyə qərar verilib.

İstintaqın məlumatına görə, 2008-ci il prezident seçkiləri ərəfəsində Konstitusiyada əksini tapmış azad seçki prinsipi pozulub, nəticədə xalq öz hakimiyyətini azad seçki yolu ilə həyata keçirmək imkanından məhrum olub: "Fəaliyyətdə olan prezident Robert Köçəryan və baş nazir, prezidentliyə namizəd Serj Sarkisyanın tərəfdarlarının törətdiyi çoxsaylı qanun pozuntuları əhalinin qəzəbinə səbəb olub və fevralın 20-dən başlayaraq Yerevandakı Azadlıq meydanında dinc və kütləvi etiraz aksiyaları başlayıb. Əhalinin geniş təbəqələrinin narazılığı və dinc mitinqlərə kütləvi qatılması hakimiyyətin ciddi narahatlığına səbəb olub. Bir sıra vəzifəli şəxslər, o cümlədən müdafiə naziri M. Arutunyan Konstitusiya quruluşunun zorakılıqla devrilməsinə yönəlmiş fəaliyyətlərə yol veriblər. Nazir və digər vəzifəli şəxslər ordunun siyasi proseslərə qarışmaması və neytrallığını qorumasına dair Konstitusiya müddəasını pozublar. Prezidentin yalnız Ermənistana silahlı hücum, birbaşa təhdid və ya müharibə elan olunması halında fövqəladə vəziyyət elan edərək ordudan istifadə etmək hüququna malik olması barədə Konstitusiya maddəsi də pozulub”.

Xüsusi İstintaq Qrupunun məlumatında deyilir ki, M. Arutunyan 2008-ci il fevralın 23-də "Ali Baş Komandan tərəfindən qoyulmuş tapşırıqların yerinə yetirilməsi haqqında” gizli və qanunsuz əmr imzalayıb: "Əmrdə dinc etirazçılar seçkilərin nəticələrini qəbul etməyən, sabitliyi pozan qüvvələr kimi xarakterizə olunaraq ordunun şəxsi heyətinin kazarma vəziyyətinə keçirilməsi əksini tapıb. Başqa bir əmrlə bir sıra ordu bölmələri daimi dislokasiya yerlərindən çıxarılaraq paytaxta və yaxın yerlərə göndərilib. Martın 1-də Müdafiə Nazirliyinin bölmələri hərbi texnika ilə Yerevanın Respublika meydanına və ətraf küçələrə çıxıb. Həmin gün, gecə vaxtı ordu və polis bölmələri silah, xüsusi vasitələr və partlayıcı qurğuların köməyi ilə silahsız nümayişçiləri meydandan çıxarmağa başlayıb. Nəticədə yüzlərlə şəxs müxtəlif bədən xəsarətləri alıb, 8 mülki şəxs və 2 polis ölüb, Mitinq dağıdılıb. Ölkənin beynəlxalq nüfuzuna ciddi zərbə dəyib”.

M. Arutunyan haqqında axtarış elan olunub və qəti imkan tədbiri kimi onun həbsi barədə qərar qəbul olunub. İstintaq davam edir.

Xatırladaq ki, 2008-ci ilin prezident seçkiləri zamanı hazırkı baş nazir Nikol Paşinyan müxalifətin prezidentliyə namizədi Levon Ter-Petrosyanın seçki qərargahının rəhbərlərindən biri olub. Hadisələrdən sonra o, gizlənib və 1 il sonra polisə təslim olub. Məhkəmənin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrum olunan N. Paşinyan qısa müddət sonra amnistiya aktı ilə azadlığa çıxıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR