18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Qonşusu həkimi iş başında qətlə yetirdi - Azərbaycanda
Daxili İşlər Nazirliyi Şəkidə təcili tibbi yardım stansiyasının həkiminin ölümü ilə bağlı məlumat yayıb.
Emtv.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 30-da Şəki rayon mərkəzi xəstəxanasından daxil olmuş məlumatda şəhər sakini Ələsgər Teymurovun həkim işlədiyi təcili tibbi yardım stansiyasının həyətində ölməsi və baş nahiyəsində xəsarətinin olması bildirilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Teymurovun həmin gün yaşadığı evin qarşısında qonşusu Şahin Mirzəyevlə mübahisə etməsi və bu zaman Ş.Mirzəyevin onun baş nahiyəsinə küt alətlə xəsarət yetirməsi müəyyən edilib.
Görülmüş tədbirlərlə Ş.Mirzəyev saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanıb.
***
Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) Təcili Yardım Şöbəsinin həkimi iş başında qəfildən ölüb. Onun döyülərək aldığı xəsarətdən öldüyü ehtimal olunur.
Emtv.az-ın apa-ya istinadən məlumatına görə, Şəki (MRX) Təcili Yardım Şöbəsinin həkimi Şəki şəhər sakini 62 yaşlı Ələsgər Saleh oğlu Teymurov iyunun 30-u axşam saat 22 radələrində işdə olarkən qəfildən vəziyyəti pisləşərək vəfat edib.
Şəki MRX-dan verilən məlumatda Təcili Yardım şöbəsinin həkimi Ələsgər Teymurovun iş yerindən qəfildən ölməsi faktı təsdiqlənib və hadisə ilə bağlı rayon prokurorluğunda araşdırmanın aparılırdığı bildirlib.
Həkim Ələsgər Teymurovun yaşadığı küçənin sakinlərnin verdiyi məlumata görə, Ələsgər Teymurovun vəfat etdiyi gün nahar saatlarına kimi qonşusu Şahin adlı şəxslə mübahisəsi baş verib. Mübahisə zamanı Şahin Ələsgər Teymurovun başına xəsarət yetirib. Ələsgər Teymurov axşam saatlarında MRX-nın Təcili Yardım şöbəsində növbətçi həkim olduğu üçün işə gedib.
Hüquq-mühafizə orqanlarından apa-ya verilən məlumata görə, həkim Ələsgər Teymurovun iş yerində qəfil ölməsi faktı təsdiqlənib. Ələsgər Teymurovun meyiti üzərində məhkəmə tibbi-ekspertizanın aparıldığı, hadisə ilə bağlı bir nəfərin şübhəli şəxs qismində saxlanıldığı bildirilib.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
Emtv.az