18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Gəncədə təcili yardım işçiləri döyüldü
Gəncədə yol-nəqliyyat hadisəsi zamanı ölmüş piyadanın yaxınları hadisə yerinə gələn təcili tibbi yardım işçilərinə qarşı fiziki təzyiq göstəriblər.
EMTV.az-ın yerli mətbuatına istinadən verdiyi məlumatına görə, naməlum avtomobil gecə saatlarında şəhərin Nizami Gəncəvi prospektində yolu keçmək istəyən Gəncə şəhər sakini, 34 yaşlı Aynurə Məmmədovanı və övladını vurub. Nəticədə qadın hadisə yerindəcə ölüb, onun övladı isə ağır xəsarət alıb.
Hadisə yerinə təcili yardım maşını çağırılıb. Lakin qəza zamanı dünyasını dəyişən piyadanın yaxınları tibbi yardım maşının sürücüsünə və həkimə qarşı təzyiq göstəriblər. Zərərçəkənin yaxınları hadisə yerinə gec gəldiklərini irad tutaraq tibb işçilərinə yumruq və təpik zərbələri endiriblər. Nəticədə sürücü və həkim xəsarət alıb.
Qeyd edək ki, hadisə nəticəsində ağır xəsarət alan uşaq Gəncədəki özəl xəstəxanaların birinə yerləşdirilib. Qəzanı törədən "QAZ-3110" markalı avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb.
Baş vermiş hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb, sürücünün saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
EMTV.az