SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

İsrail hərbçiləri ilə toqquşmalarda ölən fələstinlilərin sayı artıb, yüzlərlə insan yaralanıb

30-06-2018, 13:24 | Oxunub: 8 072 |

İsrail hərbçiləri ilə toqquşmalarda ölən fələstinlilərin sayı artıb, yüzlərlə insan yaralanıb
Qəzza sektorunda İsrail hərbçiləri və polis əməkdaşları ilə toqquşmalarda ölən fələstinlilərin sayı 2 nəfərə çatıb.

Bu barədə WAFA agentliyi mənbəyə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Rafah şəhəri yaxınlığında baş verib. İsrailin polis əməkdaşının nümayişçilərdən ibarət qrupa açdığı atəş nəticəsində fələstinli gənc öldürülüb. Qarşıdurmalar zamanı həmçinin 300-dən çox insan yaralanıb.

***

Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmalarda daha 1 fələstinli həlak olub, 300-dən çox insan yaralanıb.

Bu barədə RİA “Novosti”yə yerli Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib.

“Böyük qayıdış marşı” adlı etirazlar 3 aydır mütəmadi olaraq davam edir. Aksiyanın miqyasının indi əvvəlkindən daha geniş olduğu bildirilir.

“İsrail hərbçilərinin Xan-Yunis şəhərinin şərqində açdığı atəş nəticəsində 13 yaşlı fələstinli həlak olub. Daha 310 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlardan 3-ü ağır vəziyyətdədir”, – deyə nazirliyin rəsmisi agentliyə bildirib. O, əlavə edib ki, yaralılardan 6-ı uşaqdır.

İsrail hərbçiləri anklav sərhədindəki aksiyada 2 min fələstinlinin iştirak etdiyini bildiriblər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR