18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İran yenidən qarışır: Tehranda və bir çox şəhərlərdə xalq etiraza qalxdı – Polislə toqquşma
İranın paytaxtı Tehranda və bir sıra şəhərlərində xalq yenidən küçələrə axışaraq, hakimiyyətin istefasını tələb edir. İyunun 26-da Tehran da daxil olmaqla bir sıra şəhərlərdə xalq ölkədəki iqtisadi böhranla bağlı hökumətə qarşı etiraz aksiyası keçirib.
Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, Tehranda keçirilən aksiyalar 2012-ci ildən bu yana ən izdihamlısı hesab olunur.
Aksiya iştirakçıları hökuməti istefaya çağırıb. Aksiya zamanı polislə aksiya iştirakçıları arasında toqquşma yaşanıb.
Aksiyaya səbəb isə İranın milli valyutası olan riyalın kəskin ucuzlaşması səbəb olub. Belə ki, bir dollar qısa zamanda 4 min tüməndən 7500 tümənədək bahalaşıb.
Ən maraqlı cəhət odur ki, İran hakimiyyətinin mühafizəkar qolu hökumətin yürütdüyü siyasəti tənqid edib.
İran Lideri Əli Xamneyinin yüksək hərbi məsləhətçisi, general-mayor Yəhya Rəhim Səfəvi ölkə başçısı Həsən Ruhanini kəskin tənqid edərək, onu fəaliyyətsizlikdə ittiham edib. Səfəvi deyib ki, hökumətin xalqın problemləri ilə maraqlanmadığından xalq da ona etiraz edir.
Tehrandakı sahibkarlar ölkədəki valyuta məzənnəsində baş verən artım və həyat şəraitinin bahalılığına etiraz etmək üçün küçəyə çıxdığını deyən Səfəvi bildirib ki, baş verənlər xalqın hakimiyyətdən narazılığının göstəricisidir. Həsən Ruhanini hədəf seçən Səfəvi deyib ki, bu hökumət olmazsa, ölkə daha yaxşı idarə olunar.
Emtv.az