17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Arif Qasımov çıxış yolu axtarır - yaxın iki həftə ərzində...
Adı daha çox yaşıllıqların qənimi kimi hallanan Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımovun bu gün müxtəlif istiqamətlərdən hədəfə çevrildiyi iddia olunur. Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə danışan bilgili qaynaq iddia edir ki, Nizami RİH rəhbərinin bir müddət əvvəl övladı ilə bağlı yaranmış qalmaqal, bunun əslində bir siyasi qalmaqal olduğunu yaxşıca dərk etməsi Qasımovu əməlli-başlı gərgin duruma soxub.
Mənbənin söylədikləri: "Təbii ki. Arif Qasımov iqtidardaxili Naxçıvan qruplaşmasının nümayəndəsi olaraq daha çox həmyerlilərinə güvənir, onlara söykənməyə çalışır. Amma icra başçısı hələ də qəbul edə bilmir ki, vəziyyət çoxdan dəyişib və kiməsə mənsubu olduğu bölgəyə görə yox, məhz faəliyyətinə görə qiymət verirlər. Amma buna rəğmən daha çox naxmıvanlı məmurlara müraciət edən və müdafiə istəyən başçı özünü daha da çətin duruma salıb".
Mənbə iddia edir ki, artıq onunla da bağlı qərar verilib: "Dəyişiklik qaçılmazdır. Bir-birinin ardınca buraxdığı səhvləri, xüsusən də üzürünün günahından daha da betər olması Nizamidə başçı dəyişikliyini daha da sürətləndirməkdədir".
Məlumatlı mənbənin sözlərinə görə, yaxın iki həftə ərzində qərar rəsmən elan oluna bilər.
Emtv.az