SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Şəmkirin icra başçısını kim əvəz edəcək?

11-06-2018, 13:42 | Oxunub: 8 459 |

Şəmkirin icra başçısını kim əvəz edəcək?
İllər uzunu ölkə başçısının xəbərdarlıqlarına baxmayaraq “Burda mənəm Bağdadda kor Xəlifə” məntiqi ilə davranan və rəhbərlik etdikləri rayonlarda sadə vətəndaşdan tutmuş irili-xırdalı sahibkarların başında turp əkən “balaca padşah”ların bir-birinin ardınca işdən qovulmasını kadr islahatı kimi qələmə vermək o qədər də adekvat olmasa da əslində insanların nisbətən rahatlıq tapdığını qeyd edə bilərik.

Heç kimə sirr deyildi ki, uzun illər Azərbaycanda kadr təyinatlarında bir əcaib ənənə formalaşmışdı – hansısa iriçaplı məmur öz ətrafında bir qubernatorluq səltənəti yaradaraq az qala 7-8 rayonu əhatə edən bir bölgədə əsas söz sahibi idi. Elə ki, həmin məmur istefaya göndərilirdi, onun xəyali komandasının da yarpaq tökümünə start verilirdi.

Bu baxımdan bu günlərdə keçmiş vergilər naziri Fazil Məmmədovun vergi başkəsənlərindən ibarət yumurtadan yun qırxmağı, pambıqla baş kəsmək elmini yetərincə mənimsəmiş bəzi komanda üzvləri bir-birinin ardınca at oynatdıqları rayonlardan prezident sərəncamları ilə qovulmağa başlayıb. F. Məmmədovun yeznəsi Xaləddin İsgəndərovun Binəqədidən qovulmasının ardından Gədəbəyin icra başçısı Ramiz Yediyarovun da portfeli qoltuğuna verildi. Gözlənilir ki, yaxın günlərdə Fazil Məmmədovun alınmaz qalası hesab olunan Şəmkirdəki "qərargah"ına qara buludlar çökəcək və Alimpaşa Məmmədov da kreslosuz qalacaq.

Emtv.az-ın yerli mətbuata istinadən məlumatına görə, gələn çoxsaylı yazılı-şifahi şikayətlərdən belə anlamaq olur ki, Şəmkirlilər ondan da boğaza yığılıblar və Alimpaşanın "paşa"lığı əlindən alınan gün qurban kəsənlərin sayı çox olacaq. Yayılan xəbərlərə görə onun yerinə də Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun rayonda Reysetr Xidmətinin rəisi işləyən qardaşının təyinat alması ehtimalı az deyil.

Xatırladaq ki, A. Aslanov uzun müddət Şəmkirə rəhbərlik edib və eyni zamanda Heydər Əliyevin ən sevimli kadrlarından biri kimi qeyri-rəsmi Azərbaycan-Gürcüstan münasibətləri də məhz onun üzərindən qurularaq həyata keçirilib. Sonradan kənd təsərrüfatı nazirinin müavini təyin edilən A. Aslanovun özü də bir neçə ildir ki, işsizlər ordusuna qoşulub. Amma ötən il onun prezident İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olunması keçmiş başçının personasının hələ də siyasi gündəmdə olduğundan xəbər verirdi. Əgər belə bir ehtimal gerçəkləşsə, bu Aslanovların Şəmkirdəki ikinci hakimiyyət dönəminin başlanması olacaq. Amma təbii ki, Alimpaşa Məmmədovun tezliklə işdən kənarlaşdırılacağı nə dərəcədə gözlənilən olsa da onun yerinə kimin təyin ediləcəyi prezident sərəncamı elan olunanadək bəlli olmayacaq. Bizlərə gözləmək qalır...

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR