SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Leyla Əliyeva dəb sərgisində - Fotolar

5-06-2018, 10:18 | Oxunub: 14 448 |

Leyla Əliyeva dəb sərgisində - Fotolar
İyunun 4-də Heydər Əliyev Mərkəzində Aleksandr Vasilyev Fondunun təqdimatında "Moda məkanı" adlı sərginin açılış mərasimi keçirilib.

Emtv.az bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.

Açılış mərasimində Aleksandr Vasilyev Fondunun prezidenti, kolleksiyaçı, moda tarixçisi, sənətşünas Aleksandr Vasilyev sərginin konsepsiyası haqqında danışıb.

Bu gözəl məkanda - Heydər Əliyev Mərkəzində ikinci sərginin açılış mərasimində bu qədər böyük sayda insanı görməkdən çox şad olduğunu deyən Aleksandr Vasilyev qeyd edib ki, budəfəki sərginin mövzusu Azərbaycana yaxındır. Bu, Azərbaycanın əsrarəngiz təbiəti ilə əlaqədardır. "Sizin ölkəniz dənizin yaxınlığında yerləşir. Burada gözəl dağlar, meşələr var", - deyən kolleksiyaçı Azərbaycanın zəngin flora və faunaya malik olduğunu vurğulayıb. Dizaynerlərin təbiətə həmişə valeh olduqlarını diqqətə çatdıran Aleksandr Vasilyev təbiətin əsrlər boyu ilham mənbəyi olduğunu bildirib. "Bizim sərgimiz də modanın XVIII-XXI əsrlərdə ətrafımızda olan gözəlliyi necə əks etdirdiyindən söhbət açacaq", - deyə Aleksandr Vasilyev qeyd edib. Diqqətə çatdırıb ki, çiçəklərin rəngi, çəmənliyin rəng çalarları, dağlarda, savannalarda, cəngəlliklərdə və ya səhralarda yaşayan canlılar, dənizdəki balıqlar, xərçənglər, mirvarilər, mərcanlar, meduzalar, dəniz atları - bütün bunlar rəssamların yaradıcılığında əksini tapır. Eləcə də kəpənəklərin, böcəklərin, çəyirtkələrin özünəməxsus görünüşündəki incəlik istənilən dizaynerin hazırladığı paltardan üstündür.

Aleksandr Vasilyev: Təbiətin ilahi qanunu var

Aleksandr Vasilyev Fondunun prezidenti çıxışında təbiətin ilahi qanunu olduğunu vurğulayıb. Bildirib ki, təbiətdə zövqsüz heç nə yoxdur. İstər bitki, istər heyvanlar aləminin hər bir növü özlüyündə gözəldir. Tanrı onları lazımi cizgilər və atributlarla yaradıb ki, bütün bunlar bugünkü sərgidə öz əksini tapıb. Diqqətə çatdırıb ki, ətraf mühiti qorumaq məqsədilə Fondda olan xəzlər sərgidə bilərəkdən təqdim edilməyib, onların yalnız imitasiyası verilib. "Bu baxımdan mənim zürafə görkəmində olan pencəyimi dizayner, bu sərginin kuratoru Kiril Qasilin hazırlayıb", - deyə Aleksandr Vasilyev bildirib.

Sərginin yaradılma tarixindən söhbət açan kolleksiyaçı deyib: "Bu sərgi üç il əvvəl yaradılıb. Riqada - Latviya Milli Dekorativ Sənət Muzeyində, sonra Vilnüsdə - Litvanın Milli Dekorativ Sənət Muzeyində nümayiş etdirilib. Lakin Bakı üçün biz yenilik etdik: Qədim paltarlar bərpa edildi". Bu sərginin Bakıda yaşayan, eləcə də bu şəhərə gələn, modanı sevən qadınlara, kişilərə və uşaqlara əsl hədiyyə olduğunu deyən Aleksandr Vasilyev hər kəsin zövq alacağına əminliyini bildirib.

Sərgi təbiət və dəbin vəhdətinə həsr olunub. Ekspozisiyada XVIII-XXI əsrlərə aid 400-dək eksponat - geyim və aksessuarlar, o cümlədən ayaqqabı, çanta, şlyapa, zinət əşyaları və s. nümayiş olunur.

Təbiət, tarix və modanı bir məkanda birləşdirən sərgi bir neçə bölmədən ibarətdir. Burada cəngəllik və savanna, dəniz və yaşıllıqlar, eləcə də digər təbiət mövzularından ilhamlanaraq yaradılmış dəb nümunələri təqdim edilir.

Sərgi zalının dekorasiyası da mövzuya uyğun olaraq təbiət elementləri ilə zəngindir.

Sərgidə Paco Rabanne, Christian Dior, Elsa Schiaparelli, Lanvin, Givenchy, Thierry Mugler və digər məşhur brendlərin eksponatları yer alıb. Ekspozisiyada ötən əsrin əfsanəvi modeli Bettina Qratsiani, amerikalı aktrisa Şirli Makleyn və digər məşhurların şəxsi qarderobundan geyimlər nümayiş olunur.

Sərgi dekabrın 2-dək davam edəcək.

Xatırladaq ki, bu, Aleksey Vasilyev Fondunun Heydər Əliyev Mərkəzində təqdim etdiyi ikinci sərgidir. 2017-ci il oktyabrın 5-dən 2018-ci il aprelin 29-dək davam edən "Modernizm və moda" sərgisində 1960-cı illərə aid geyim və aksessuarlar nümayiş olunmuşdu.

Leyla Əliyeva dəb sərgisində - Fotolar
Leyla Əliyeva dəb sərgisində - Fotolar
Leyla Əliyeva dəb sərgisində - Fotolar
Leyla Əliyeva dəb sərgisində - Fotolar
Leyla Əliyeva dəb sərgisində - Fotolar
Leyla Əliyeva dəb sərgisində - Fotolar


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR