17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
DİM bakalavrlara müraciət ETDİ
Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul olmaq üçün 68, 69 və 70 saylı proqramları seçən bakalavrlara müraciət edib.
DİM-dən verilən məlumata görə, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsində ixtisas üzrə test tapşırıqlarının əvəzinə qabiliyyət imtahanı verəcəklər.
Bu ixtisaslaşmalar üzrə magistraturaya qəbul imtahanının 1-ci mərhələsinin müsabiqə şərtini ödəmiş, mayın 7‑dən 17-dək keçirilən proqram seçimi zamanı xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına aid 68, 69 və 70 saylı qəbul proqramlarını seçmiş bakalavrlar 1–5iyun tarixlərində DİM-in internet saytına daxil olaraq "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib götürməli və 6–8 iyun tarixlərində vərəqədə göstərilən ünvanda qabiliyyət imtahanında iştirak etməlidirlər.
Bakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün özləri ilə şəxsiyyətini təsdiq edən sənədi, "Bakalavrın qabiliyyət intahanına buraxılış vərəqəsi”ni, musiqi sənəti istiqamətinin ixtisaslaşmalarını seçənlər həmçinin musiqi ixtisaslaşmaları üzrə doldurulmuş proqram formasını gətirməlidirlər.
Qabiliyyət imtahanları DİM-in təşkil etdiyi Qabiliyyət İmtahanı Komissiyaları (QİK-lər)tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.
Emtv.az