18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Kolleclərə necə qəbul olunmaq olar? - Müsabiqə şərtləri açıqlandı
Dövlət İmtahan Mərkəzi kolleclərə qəbul olmaq istəyənlər üçün müsabiqə şərtlərini açıqlayıb
Tam (11 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsinə qəbul (buraxılış) imtahanında topladığı ümumi balı 30-dan və Azərbaycan/rus dili, riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan (xarici dil fənni üzrə cavablara məhdudiyyət tətbiq edilmir) abituriyentlər buraxılırlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 25-dən (fənlər üzrə cavablara məhdudiyyət tətbiq olunmur) az olmayan abituriyentlər buraxılır. Bu ixtisasları yalnız imtahanda topladıqları ümumi balları qeyd olunan müsabiqə şərtini ödəyən və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından "məqbul" alan abituriyentlər seçə bilərlər.
Qabiliyyət imtahanlarında iştirak etmək üçün elektron qeydiyyat 18 iyula qədər davam edəcək. Qabiliyyət imtahanları isə 25 iyul-3 avqust tarixlərində keçiriləcək.
11 illik bazada kolleclərə qəbul olmaq üçün ixtisas seçimi 15-19 avqust tarixlərində aparılacaq.
Ümumi (9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsinə qəbul (buraxılış) imtahanında topladığı ümumi balı 40-dan, ana dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılır.
Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız imtahanda topladıqları ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından "məqbul" alan abituriyentlər seçə bilərlər.
Qabiliyyət imtahanlarında iştirak etmək üçün elektron qeydiyyat 18 iyula qədər davam edəcək. Qabiliyyət imtahanları isə 19-23 iyul tarixlərində keçiriləcək.
9 illik bazada kolleclərə qəbul olmaq üçün ixtisas seçimi 25 iyul-6 avqust tarixlərində aparılacaq.
Emtv.az