18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Hökumətin özəl universitetlərlə bağlı qərarı: İyulun sonunadək veriləcək
Bu il hansı özəl universitetlərə qəbul olmayacaq?
Emtv.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə cebhe.info-ya açıqlamasında bu haqda danışıb.
Bildirib ki, hələlik DİM-in növbəti jurnalı çap olunmayıb:
“Dövlət İmtahan Mərkəzinin növbəti jurnalı nəşr olunduqdan sonra bu haqda informasiya vermək olar. Jurnal nəşr olunmazdan öncə hər hansı məlumat verə bilmərik. Jurnal yəqin ki, ayın sonunadək nəşr olunar”.
X.Xanlarzadə qeyd edib ki, bu gün "Abituriyent" jurnalının 3-cü buraxılışı nəşr olunub:
“9 illik orta təhsil bazasına malik olanlar üçün tələbə qəbulu müsabiqəsində ixtisas seçimi elanı yer alıb. 9 illik təhsil bazasından kolleclərə qəbul üçün plan yerləri var. Müsabiqə şərtləri haqda məlumat yerləşdirilib. Qeyd olunub ki, ümumi balı 40, Azərbaycan və ya rus dili üzrə 20, riyaziyyat üzrə balı 10-dan az olmayan abituriyentlər müsabiqədə iştirak edə bilərlər. İxtisas seçimi iyulun 25-dən avqustun 6-nadək davam edəcək. Qabiliyyət imtahanı tələb edən ixtisaslar üzrə ümumi bal 40-dırsa abituriyent imtahandan keçə bilər. Ayın 18-nə kimi qeydiyyat davam edəcək. Qabiliyyət imtahanları iyulun 30-dan avqustun 23-nədək keçiriləcək”.
Qeyd edək ki nə plan yerləri, nə də ödənişin məbləği DİM tərəfindən müəyyən edilir: “Plan yerləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra bizə göndərilir”.
Təhsil haqları isə kolleclərdə təxminən 500-800 manat arasında dəyişilir.
Emtv.az