SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Muxtar respublikada miqrasiya sistemində idarəçiliyin təkmilləşdirilməsi diqqət mərkəzindədir

31-05-2018, 14:30 | Oxunub: 10 020 |

Muxtar respublikada miqrasiya sistemində idarəçiliyin təkmilləşdirilməsi diqqət mərkəzindədir
Ölkəmizdəki, o cümlədən Naxçıvan Muxtar Respublikasındakı sabitlik, yeni iş yerlərinin açılması, sahibkarlığın inkişafı, infrastrukturun yenilənməsi, miqrasiya proseslərinin dünya standartları səviyyəsində tənzimlənməsi miqrant axınının artmasına səbəb olub. Bu da miqrasiya sahəsində tədbirlərin diqqətdə saxlanılmasını zəruri edir. Məhz bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 31 may tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin yaradılması və bu qurumun uğurlu fəaliyyəti böyük əhəmiyyət daşıyır.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, bu gün muxtar respublikada bütün sahələrlə yanaşı, miqrasiya sistemində idarəçiliyin təkmilləşdirilməsi də diqqət mərkəzindədir. Xidmətin maddi-texniki bazası gücləndirilib, müasir standartlara cavab verən inzibati binası tikilərək istifadəyə verilib. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada miqrasiya prosesləri qanunun tələblərinə uyğun həyata keçirilir. Xidmət ötən dövrdə fəaliyyətini muxtar respublika ərazisində miqrasiya proseslərinin tənzimlənməsi, onların uçotunun aparılması, miqrasiya siyasətinin həyata keçirilməsi istiqamətində qurub, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi təminatçısına çevrilib. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq, həmçinin muxtar respublika ərazisində haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, vətəndaşlıq mənsubiyyətinin və qaçqınlıq statusunun müəyyənləşdirilməsi, eyni zamanda, müvəqqəti olma müddətinin uzadılması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə daxil olmuş müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun araşdırılaraq müvafiq qərarlar qəbul edilib.


Qədim diyarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, miqrasiya proseslərinin idarə olunmasında iştirak edən dövlət orqanlarının zəruri informasiya ilə təmin edilməsi Dövlət Miqrasiya Xidmətində Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə həyata keçirilir. Son illər muxtar respublika iqtisadiyyatında müşahidə olunan sabit artım tempi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması və səmərəli məşğulluğun təşkili əməkçi miqrantlar üçün yeni imkan və əlverişli şərait yaradır. Daxili əmək bazarının qorunması kimi mühüm missiyanı yerinə yetirən Dövlət Miqrasiya Xidməti əcnəbi işçi qüvvəsindən istifadənin qanuna müvafiq olaraq tənzimlənməsi istiqamətində ardıcıl tədbirlər görür.

Naxçıvan Muxtar Respublikası mühüm nəqliyyat dəhlizlərinin kəsişdiyi mövqedə yerləşdiyindən burada çoxsaylı tranzit miqrantların hərəkəti müşahidə edilir. Dövlət Miqrasiya Xidmətinin qarşısında duran vəzifələrdən biri də bu qəbildən olan miqrantların ölkə ərazisində məskunlaşmalarının və qanunsuz olaraq muxtar respublika ərazisindən tranzit keçidi kimi istifadə edərək üçüncü ölkəyə keçmələrinin qarşısının alınmasıdır. Muxtar respublikanın xaricə giriş-çıxış qapıları sayılan Sədərək, Culfa, Şahtaxtı və Naxçıvan Beynəlxalq Hava Limanındakı sərhəd-buraxılış məntəqələrində qanunsuz miqrasiyanın qarşısının alınmasına nəzarətin daha effektiv şəkildə həyata keçirilməsinə başlanılıb. Bundan əlavə, sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində elektron məlumat köşklərinin yerləşdirilməsi miqrasiya sahəsi üzrə xidmət növləri ilə bağlı məlumatların 3 dildə – Azərbaycan, rus və ingilis dillərində yazılı və səsli formada vətəndaşlara çatdırılmasına imkan verir.

Məlumat ixracatçısı hesab olunan hər bir xarici ölkə vətəndaşına hərtərəfli kömək göstərmək Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının vəzifə borcudur. Çünki Naxçıvana gələn hər bir turist, eyni zamanda, ölkəmiz haqqında informasiya ixrac edən xoşməramlı elçidir. İran İslam Respublikası və Türkiyə Respublikası ilə sərhəd-keçid rejiminin sadələşdirilməsi, Naxçıvan Beynəlxalq Hava Limanından xarici reyslərin təşkili, habelə Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması turizm və humanitar sahədə əməkdaşlığı genişləndirib, Naxçıvan Muxtar Respublikasına turizm məqsədilə gələn miqrantların sayını artırıb. Bu səbəbdən də sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində, Naxçıvan və Culfa dəmir yolu vağzalı binalarında miqrasiya xidmətlərinin həyata keçirilməsi üçün zəruri şərait yaradılıb. Yerlər üzrə Vahid Miqrasiya Məlumat Sisteminin fəaliyyəti təmin edilməklə, ölkəyə daxil olan əcnəbilərin qeydiyyata alınması sadələşdirilib.

Muxtar respublikada fəaliyyət göstərən və turizm sahəsində əsas subyekt rolunu oynayan mehmanxanaların da Dövlət Miqrasiya Xidmətinin elektron resurslarından maksimum şəkildə yararlanmasına şərait yaradılıb, mehmanxanalarla Dövlət Miqrasiya Xidməti arasında ölkəyə gələn əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması internet üzərindən həyata keçirilməyə başlanıb.

Xidmətin rəsmi internet səhifəsi www.miqrasiya.nakhchivan.az daim yenilənir. Üç dildə vətəndaşların istifadəsinə verilən rəsmi internet səhifəsinin fəaliyyət göstərməsi dünyanın müxtəlif yerlərindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müraciətetmə imkanı yaradıb və miqrasiya sahəsi üzrə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasında böyük rol oynayıb. Eyni zamanda, saytda muxtar respublikanın turizm məkanlarını və tarixi abidələrini özündə əks etdirən videoçarxın və şəkillərin nümayiş etdirilməsi, Naxçıvan Muxtar Respublikasının portalına keçidin verilməsi əcnəbilərdə həm muxtar respublika barədə ilkin təsəvvürün yaranmasına, həm də ölkəyə gəldiyi vaxtdan miqrasiya qanunvericiliyi ilə tanış olmaqla, müraciətlərin göndərilməsinə imkan yaradıb. Dövlət Miqrasiya Xidmətinin “202 – Miqrasiya Məlumat Mərkəzi”nin fəaliyyəti də miqrasiya sahəsi üzrə müraciətlərin cavablandırılmasında və vətəndaşların lazımi informasiyaları əldə edərək maarifləndirilməsində böyük rola malikdir.

Muxtar respublikada əcnəbilərin sığınacaq hüququna və onunla əlaqədar məsələlərin həllinə daim diqqətlə yanaşılır. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin istifadəyə verilməsi bu sahədəki çətinlikləri tamamilə aradan qaldırıb, könüllü və məcburi saxlanılan miqrantların hüquqlarının təmin edilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq hər cür şərait yaradılıb. Bu da muxtar respublikada insan amilinə verilən dəyərin daha bir ifadəsidir.

Bu gün Naxçıvan Muxtar Respublikası miqrantlar üçün yaşamağın və işləməyin əlverişli olduğu bir məkana çevrilib. Bu baxımdan Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti muxtar respublikaya gələn və burada işləyən əcnəbilərin maarifləndirilməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirir, onların tarixi abidələrimizə və muzeylərə ekskursiyaları təşkil olunur.

Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublikada miqrasiya proseslərinin idarə edilməsində beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə kadr potensialının formalaşdırılması da daim diqqət mərkəzində saxlanılır, vəzifələrini nümunəvi yerinə yetirən, qulluqda yüksək nəticələr əldə edən əməkdaşların fəaliyyəti qiymətləndirilir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR