SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Çinli müəllif Naxçıvandan yazıb

31-05-2018, 13:19 | Oxunub: 7 199 |

Çinli müəllif Naxçıvandan yazıb
Çinin www.op46.com saytında Yu Wenying adlı müəllifin Naxçıvanla bağlı maraqlı yazısı yayımlanıb. “Ədalətsizliyin qurbanı olan anklav” adlı yazıda Ermənistanın Naxçıvana qarşı düşmən münasibəti və Azərbaycanın ayrılmaz bu hissəsində naxçıvanlıların hər gün bu hisslərlə yaşadığı vurğulanıb.

Emtv.az naxçıvantv.az-a istinadən həmin yazını təqdim edir:

Ədalətsizliyin qurbanı olan anklav

“O, Qərbi Asiyanın ən böyük anklavıdır. O, öz doğma vətənindən nifrətin gücü ilə ayrı düşüb. Qərbi Asiyanın ən böyük anklavı olan bu muxtar respublika Azərbaycana məxsusdur. O, həm də iki qitənin, Avropa ilə Asiyanın kəsişməsində yerləşir. Maraqlı burasıdır ki, cəmi 5,5 min kvadrat kilometr ərazisi olan bu anklav 3 dövlətlə əhatələnib. Amma bu ölkələrdən biri ilə-Ermənistanla münasibət gərgindir. Ermənistanı burda ölü bir yer sayırlar.

Əgər bu düşmənçiliyin səbəbini bilmək istəyirsinizsə, onda siz mütləq Naxçıvanın necə bir yer olduğunu bilməli və onun gözəlliyini etiraf etməlisiniz. Bu, Nuhun Bibliyada da adı keçən Böyük daşqından sonra inşa etdiyi ilk şəhərdir. Bura bir vaxtlar Rusiyanın İslam dünyasına üz tutmaq üçün yeganə yolu olub. Burda nə zamansa çoxlu dövlətlərin marağı toqquşub. Naxçıvana bir zaman məqsədli olaraq ermənilər də köçürülüb. Azərbaycan torpaqlarının 20 faizini işğalda saxlayan Ermənistan ötən əsrin 90-cı illərində Naxçıvanı da işğal etməyə çalışıb. Lakin ciddi müqavimətlə qarşılaşaraq bu niyyətini gerçəkləşdirə bilməyib.

Azərbaycanlılar – əvvəlki kimi yenə də çox insanpərvərdirlər! Bu məkan barədə hələ də dünyada çox az adam bilir. Müəllif olaraq deyə bilərəm ki, burda turizm üçün çox zəngin baza olduğunu kəşf etdim. Son illər bu sahədə inkişaf gedir”.


Yu Wenying daha sonra yazır:

“Bakıda insanı valeh edən mədəniyyət mərkəzinin binalarıdır. Bu dünya memarlarının əl işidir. Bu binalar zahiri görünüşü ilə adamı şoka salır. Ağ bina elm və texnologiyanın təzahürüdür…Muzeydə xüsusi incəsənət atmosferi var. İçəridəki eksponatlar milli və zəngindir. Mənim ən çox xoşuma gələn sərgi salonlarından biri milli musiqi və geyimlərin nümayiş olunduğu yerdir. Müxtəlif geyim və musiqi alətləri insanı özünə cəlb edir.

İstər paytaxt olsun, istərsə də bölgələr , bura çox unudulmaz bir yerdir. Maraqlanan dostlar istəsələr daha çox məlumat əldə edə bilərlər. Həqiqətən də bu ölkədə axtarmalı və görməli çox şeylər var” !


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR