18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq - Berlində
ATƏT Parlament Assambleyasının iyunun 7-11-də Berlində keçiriləcək illik sessiyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.
Qurumun saytında verilən məlumata görə, sessiya zamanı qurumun Siyasi məsələlər və Təhlükəsizlik Baş Komitəsinin iclasında Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndə Kristian Vigeninin müəllifi olduğu "ATƏT öhdəliklərinin yerinə yetirilməsi: parlamentin rolu” adlı hesabat layihəsi dinləniləcək.
Hesabat layihəsində bildirilir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişi olmaması və son illər təmas xəttində bir neçə dəfə atəşkəs rejiminin pozulması narahatlıq mənbəyidir: "Növbəti hərbi toqquşmadan və vəziyyətin yenidən gərginləşməsindən yayınmaq üçün bütün tərəflərin danışıqlar masasına qayıtması vacibdir. ATƏT vəziyyəti stabilləşdirmək və hərtərəfli sülh sazişi istiqamətində iş aparmaq üçün Minsk qrupu və ATƏT PA da daxil olmaqla, bütün mexanizmləri tam işə salmalıdır”.
İclasın sonunda qəbul olunacaq qətnamə layihəsi də açıqlanıb. Layihədə deyilir ki, ATƏT PA Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişin olmamasından təəssüflənərək tərəfləri təxirəsalınmaz şəkildə hərtərəfli danışıqlara qoşulmağa səsləyir, onları münaqişənin tez bir zamanda dayanıqlı həllini tapmağa, ATƏT Minsk qrupu həmsədrlərini isə bu istiqamətdə səylərini iki dəfə artırmağa çağırır.
Emtv.az