SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Bakıda müəllimlərin rüsvayçı imtahan nəticələri: 20 min müəllimdən cəmi biri maksimum bal toplayıb...

30-05-2018, 13:34 | Oxunub: 14 348 |

Bakıda müəllimlərin rüsvayçı imtahan nəticələri: 20 min müəllimdən cəmi biri maksimum bal toplayıb...
Müəllimlərin diaqnostik imtahanında iki müəllim qulaqcıqdan istifadə etməklə telefonla danışaraq, sualları cavablandırmağa cəhd edib.

Bu barədə Təhsil Nazirliyinin 29 mayda keçirdiyi orta məktəbdə çalışan müəllimlərin diaqnostik imtahanının nəticələrindən bəhs edən təhsil eksperti Kamran Əsədov qeyd edib. O bildirib ki, başqa bir gənc xanım isə öz anasının əvəzinə imtahana girməyə cəhd göstərib:

“29 may tarixində keçirilən imtahanlarda riyaziyyat, musiqi, alman dili, fransız dili müəllimləri və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edib. 2 müəllim qulaqcıqdan istifadə etməklə qaydaları pozduğu üçün imtahandan kənarlaşdırılıb və nəticələri ləğv olunub. Onlar Bakı şəhərində yerləşən eyni məktəbin müəllimləridir. Bundan əlavə, bir gənc xanım öz anasının əvəzinə imtahana girməyə cəhd edib. Səbəbini soruşduqda isə anasının gələ bilmədiyini deyib, onun yerinə “səlahiyyətli nümayəndə” kimi imtahana qatılmaq istədiyini bildirib. Təbii ki, həmin gənc xanımın “səlahiyyətli nümayəndə” qismində imtahanda iştirakına icazə verilməyib”.

Ekspert onu da qeyd edib ki, 20 min müəllim içərisində cəmi 1 müəllim maksimum nəticəni - 60 balı toplaya bilib:

“29 mayda keçirilən imtahanlar zamanı qeydə alınan ən aşağı nəticə 2 bal olub. 55 nəfər 10 baldan aşağı nəticə göstərib. İmtahan zamanı iştirakçıların öz aralarında söhbət etməsi, nəzarətçiləri təhqir etməsi, onlara rüşvət təklif etməsi hallarına tez-tez rast gəlinib. Bu onu göstərir ki, təhsil sistemində təsadüfi şəxslər hələ də orta məktəblərdə çalışır. Onlar müəllimdir, hər addımında nümunə olmalı olan şəxslər, çalışıb qənaətbəxş nəticə əldə etmək yerinə, 17 yaşlı abituriyent kimi qaydaları pozmaqla, hansısa formada və yolla nəyəsə nail olmaq istəyirlər.

Biz təhsilimizi, gələcəyimizi, inkişafımızı belə müəllimlərəmi etibar edirik, ümid edirik?”


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR