SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

29-05-2018, 14:26 | Oxunub: 5 782 |

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi
Prezident İlham Əliyev XXV Beynəlxalq "Xəzər Neft və Qaz" sərgi və konfransının iştirakçılarına müraciət edib.

Emtv.az bildirir ki, müraciətdə deyilir:

"Sizi Bakı şəhərində XXV Beynəlxalq "Xəzər Neft və Qaz" sərgi və konfransının açılışı münasibəti ilə səmimi qəlbdən salamlayır, hamınıza cansağlığı və işlərinizdə müvəfəqiyyətlər arzulayıram.

Xəzəryanı regionda neft və qaz sahəsi üzrə ən mötəbər tədbir olan Beynəlxalq "Xəzər neft və qaz, neftayırma və neft kimyası" sərgi və konfransı bu il öz uğurlu fəaliyyətinin 25-ci ildönümünü qeyd edir.

Bünövrəsi 1994-cü ildə qoyularaq ümummilli liderimiz Heydər Əliyevin yeni neft strategiyasının başlanğıcı ilə eyni vaxta təsadüf edən ənənəvi tədbiriniz Xəzər regionunun və Azərbaycanın neft-qaz sektorunun inkişafında mühüm əhəmiyyətə malikdir. Həmin dövrdən etibarən Bakıda ardıcıl keçirilən sərgi və konfransların ölkəmizin müəllifi və bilavasitə iştirakçısı olduğu strateji layihələrin gerçəkləşdirilməsində, cəlbedici təşəbbüslərin beynəlxalq işgüzar dairələrə çatdırılmasında, dünya iqtisadiyyatına inteqrasiyanın sürətləndirilməsi və qlobal tərəfdaşlığın qurulmasında xüsusi rolu vardır.

Son illər bir sıra ölkələrdə qlobal böhranın özünü aydın büruzə verdiyi şəraitdə belə biz daxili potensialdan səmərəli istifadə yolu ilə həyata keçirdiyimiz düzgün iqtisadi strategiya sayəsində respublikamızın inkişaf tempinin saxlanılmasına nail olmuşuq. Nəticə etibarilə Azərbaycan iqtisadiyyatı qlobal böhrana qarşı yüksək dayanıqlıq nümayiş etdirmiş, iqtisadi artım dinamikası və sosial inkişaf səviyyəsini qoruya bilmişdir.

Hazırda "Cənub Qaz Dəhlizi"nə daxil olan "Şahdəniz - II" və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, həmçinin TANAP və TAP layihələr ilə bağlı görülən işlər fasiləsiz şəkildə davam etdirilməkdədir. Şahdəniz - II" və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələri artıq yekunlaşmaq üzrədir. Yaxın zamanlarda TANAP layihəsinin Şahdəniz qazının Türkiyəyə çatdırılması üçün nəzərdə tutulan hissəsinin istifadəyə verilməsi təntənəli surətdə qeyd ediləcəkdir. 2020-ci ildə isə Azərbaycan qazı Avropaya nəql olunacaqdır.

Dünya miqyasında əsas enerji mənbələrinə nəzarət uğrunda rəqabətin gücləndiyi indiki mərhələdə Azərbaycan əlverişli coğrafi mövqeyinə, təbii ehtiyatlarına və zəngin potensialına arxalanaraq, digər ölkələrlə və eləcə də dünyanın tanınmış iqtisadi, maliyyə qurumları və şirkətləri ilə geniş əməkdaşlıq edir. Böyük həcmdə xarici investisiyaların respublikaya cəlb edilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması ölkəmizin iqtisadi siyasətinin əsas istiqamətlərindəndir.

İnanıram ki, mötəbər tədbiriniz qarşılıqlı münasibətlərin daha da dərinləşməsi baxımından əhəmiyyətli olacaq və fəaliyyətinizin gələcək illər üçün aparıcı inkişaf meyllərinin müəyyənləşməsinə töhfəsini verəcəkdir".


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR