SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Nazirliklərdə boş qalan yüksək postlar – Bu vəzifələrə təyinat olacaq

23-05-2018, 13:14 | Oxunub: 7 400 |

Nazirliklərdə boş qalan yüksək postlar – Bu vəzifələrə təyinat olacaq
Prezident İlham Əliyev bu il aprelin 21-də və 23-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Sərəncamlara əsasən, yeni Baş nazir təyinatı həyata keçirilib, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiqlənib.

Emtv.az-ın modern.az-a istinadən məlumatına görə, hökumətin tərkibi təqsdiqlənəndən sonra bəzi dövlət qurumlarında yüksək vəzifələr boşalıb. Həmin vəzifələtə yeni təyinatlar gözlənilir. Boşalan vəzifələr arasında nazir müavinləri postları da var.


Hazırda vakant vəzifələrdən biri Prezident Administrasiyasındadır. Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri postu təyinat gözləyir. Bu vəzifə Baş nazir postuna aparılan Novruz Məmmədovdan sonra boşalıb
.

Yeri gəlmişkən, Baş nazir Novruz Məmmədovun da müavinlərinin sayı artırıla bilər. Hazırda onun 4 müavini var: Baş nazirin birinci müavini Yaqub Eyyubov; baş nazirin müavinləri Əli Əhmədov, Əli Həsənov, Hacıbala Abutalıbov.

Hökumətin əvvəlki tərkibində isə Baş nazirin 6 müavini vardı: birinci müavin Yaqub Eyyubov, müavinlər Əli Əhmədov, Əli Həsənov, İsmət Abasov, Abid Şərifov, Elçin Əfəndiyev.

İndi isə yenilənmiş tərkibdə 4 müavin qalıb. Bəzi məlumatlara görə, baş nazirin müavinləri ixtisar olunub, digər xəbərlərə görə isə əksinə, iki yeni təyinat da gerşəkləşə bilər.


Ceyhun Bayramov yeni təhsil naziri təyin olunduqdan sonra Təhsil Nazirliyində 1 müavin qalıb – Firudin Qurbanov. Bu nazirlikdə yaxın vaxtlara kimi 2 müavin işləyirdi, daha əvvəllər isə 3 müavin vardı. Ona görə də Təhsil Nazirliyində müavinlərin sayının ən azı 2-yə çatdırılacağı istisna olunmur.

İqtisadiyyat nazirinin müavinlərindən biri – Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə aparılandan sonra İqtisadiyyat Nazirliyində də bir yüksək post vakantlaşıb. Bu vəzifəyə təyinat ölkə başçısının səlahiyyətlərinə aid məsələ olduğundan konkret fikir bildirilmir.

Səhiyyə naziri Oqtay Şirəliyevin müavinlərinin də sayı xeyli vaxtdır azalıb. 2018-ci il aprelin 9-da qəfidən dünyasını dəyişən Abbas Vəlibəyovun ölümündən sonra nazir müavinlərinin sayı 3-dən 2-yə düşüb.

Dövlət Gömrük Komitəsində səsrin 1-ci müavini postu boş qalıb. Belə ki, keçmiş 1-ci müavin Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinə sədr təyin olunub, onun yerinə isə yeni görəvli gətirilməyib.

Nəqliyyat, Rabitə və informasiya Texnologiyaları Nazirliyində də 1 müavin vəzifəsinə təyinat gözlənilir. Keçmiş müavin İltinmas Məmmədov vəzifədən kənarlaşdırılandan sonra onun yerinə təyinat gerçəkləşməyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində yeni sədr təyinatı gerşəkləşəndən sonra müavin postlarından biri boşalıb.

Xatırladaq ki, aprelin sonlarında Agentliyin əvvəlki sədri İnam Kərimov kənd təsərrüfatı naziri vəzifəsinə aparılıb, onun yerinə isə sədr müavini Ülvi Mehdiyev gətirlib. Nəticədə sədr müavini vəzifəsi təyinata açıq qalıb.


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsinə təyin olunandan sonra şəhər Meriyasında rəhbər vəzifəyə heç kim gətirilməyib. İndi Bakı Şəhər İcra Hakimiyyətindəki 3 rəhbər vəzifədən ikisi – başçı və bir müavin vəzifəsi boşdur. Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov ötən il vəfat edib və bu günə kimi onun yerinə təyinat olmayıb.


Bakının Binəqədi rayon İcra Hakimiyyəti də başçı təyinatı gözləyir. Keçmiş başçısı Xaləddin İsgəndərov işdən kənarlaşdırılandan sonra Binəqədi rayon İcra Hakimiyyətinə yeni rəhbər gətirilməyib.

Belə görünür ki, önümüzdəki günlərdə xeyli maraqlı təyinatların şahidi ola biləcəyik…

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR