18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Polis məktəb direktorunun həyətindən silah-sursat tapdı - saxlanılanlar var
Ağdamda məktəb direktorunun həyətində aşkarlanan silah-sursatla bağlı aparılan araşdırmalar nəticəsində saxlanılanlar var.
Emtv.az apa-ya istinadən xəbər verir ki, bu il fevralın 9-da Dövlət Təhlükəsizliyi Xidməti və Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 1-ci Yüzbaşılı kənd məktəbinin direktoru Polad Zeynalova məxsus həyətyanı sahəyə baxış keçirilib. Bu zaman oradan 2 ədəd - "İJ” və "TOZ-8” markalı tüfənglər, 1 ədəd "Naqan” markalı tapança, 2 ədəd "F-1” qumbarası, 1 ədəd mərmi, 3 ədəd avtomat patron darağı və 18 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Araşdırmalar nəticəsində məlum olub ki, P. Zeynalovun həyətindən aşkarlanan silah-sursat, kənd məktəbində müəllim işləyən Vüsal Əliyev, onun bacısının həyat yoldaşı rayonun Baharlı kənd sakini Rizvan Mirzəliyev və Elnur Vaqifoğlu tərəfindən basdırılıb.
Məlumata görə, R. Mirzəliyevin həyətinə baxış keçirib. V. Əliyev, R. Mirzəliyev və E. Vaqifoğlu saxlanılıb. Araşdırma aparılır.
Emtv.az