17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Hacıqabul sakinlərindən 15 ədəd silah-sursat götürülüb – FOTO
Hacıqabul sakinlərindən 15 ədəd qanunsuz saxlanılan və sənədləri olmayan ov silahları götürülüb.
Emtv.az-ın apa-ya istinadən məlumatına görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməliyyat tədbirləri planına uyğun olaraq şöbənin ictimai təhlükəsizlik bölməsi xidmətinin əməkdaşları tərəfindən aparılmış profilaktik tədbirlər nəticəsində rayon ərazisində əllərdə qanunsuz saxlanılan 15 ədəd silah-sursat götürülüb. Müxtəlif çaplı və markalı mülkü silahlarla yanaşı 60 ədəd patron, siqnal tapançası və patron daraqları da götürülüb. Hacıqabul Polis Şöbəsi vətəndaşlardan qanunsuz saxlanılan ov və digər silahları varsa, onları könüllü şəkildə polisə təhvil vermələrini xahiş edir. Bu zaman onlar məsuliyyətdən azad edilirlər. Əks təqdirdə qanunsuz silahları evində saxlayan şəxslərə qarşı inzibati qaydada cərimə sanksiyaları, digər hallarda isə hətta cinayət işi də başlana bilər.
Qeyd edək ki, könüllü təhvil verilməyən silah sahiblərinə qarşı inzibati qaydada cərimə sanksiyaları tətbiq edilib.
Polis tərəfindən profilaktik əməliyyat və axtarış tədbirləri davam etdirilir.