18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Muxtar respublikada miqrantların hüquq və azadlıqlarının qorunması istiqamətində ardıcıl tədbirlər görülür
Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafına paralel olaraq, miqrantların hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işlər nəticəsində qədim diyara miqrant axını ilbəil artır.
Emtv.az azərtac-a istinadən xəbər verir ki, bu fikir Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti və Naxçıvan Dövlət Universitetinin (NDU) birgə təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbirdə səsləndirilib.
Əcnəbi tələbələrin iştirakı ilə keçirilən tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq Ulu Öndərin təhsilin inkişafı sahəsində gördüyü işlərdən, qazanılan uğurlardan, muxtar respublikada son illərdə bu sahə ilə bağlı əldə edilən nailiyyətlərdən danışıb. Bildirib ki, Ümummilli Liderin bu gün də uğurla davam etdirilən təhsil siyasəti məktəblərdə təlim şəraitinin yaxşılaşmasına, tədrisin keyfiyyətinin yüksəlməsinə və müəllimlərin pedaqoji ustalığının artmasına səbəb olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev çıxışında deyib ki, multikultural dəyərlərin hakim olduğu Naxçıvanda yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin öyrədilməsi məsələsi xidmətin diqqət mərkəzində saxlanılır və bu istiqamətdə həyata keçirilən tədbirlər olduqca əhəmiyyətlidir.
Tədbirdə xidmətin əməkdaşları Qiyas Paşayev və Zakir Məmmədov çıxış edərək iştirakçılara əcnəbi tələbələrin müvəqqəti olma və yaşama prosedurları, onların qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələri haqqında ətraflı məlumat veriblər.
NDU-nun tələbəsi Odıgıe Samson Joe əcnəbi tələbələr adından onlar üçün yaradılan şəraitə və göstərilən diqqətə görə minnətdarlıq edib.
Sonra əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı videoçarx nümayiş etdirilib, əcnəbi tələbələrə müvəqqəti yaşamaq üçün icazə vəsiqələri və bukletlər verilib, müvafiq müraciətlər qəbul edilib, mərkəzdəki yerli məhsullara baxış olub.
Daha sonra əcnəbi tələbələrin Ağbulaq İstirahət Mərkəzinə gəzintiləri təşkil edilib, mərkəzdə onların iştirakı ilə “Ulu öndər Heydər Əliyev və Naxçıvan” mövzusunda viktorina və idman oyunları keçirilib. Sonda qaliblər mükafatlandırılıb.
Emtv.az