SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

NAZİR DÖVRİYYƏ GÖSTƏRİCİLƏRİNİ AZALDANLARI HƏDƏLƏDİ – “Gəlin gizlən-qaç oynamayaq”

4-05-2018, 13:35 | Oxunub: 6 916 |

NAZİR DÖVRİYYƏ GÖSTƏRİCİLƏRİNİ AZALDANLARI HƏDƏLƏDİ – “Gəlin gizlən-qaç oynamayaq”
“Bu gün Azərbaycanda 180 min sadələşdirilmiş vergi ödəyicisi var. Onların təqdim etdiyi vergi bəyannamələrindən görünür ki, cəmi 5 mininin dövriyyəsi 100-200 min manat arasındadır. Qalan 175 min sahibkarın dövriyyəsi isə 100 min manatdan azdır”.

Emtv.az report-a istinadən xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov ötən gün Azərbaycan sahibkarları ilə görüşündə deyib.

O, bu barədə sadələşdirilmiş vergi ödəyicilərinin əlavə dəyər vergisinə (ƏDV) də cəlb olunması ilə bağlı müəyyən edilmiş dövriyyə limitinin 200 min manatdan 500 min manata çatdırılması barədə təklifə münasibət bildirərkən danışıb.

“Əgər siz təklif etdiyiniz kimi, limiti 200 min manatdan 500 min manata qaldırsaq, bu, sadələşdirilmiş vergi ödəyicilərinin cəmi 3%-nin iqtisadi maraqlarına xidmət edir. Çünki 97%-lik hissə 100 min manatdan az dövriyyə bəyan edir”, – nazir qeyd edib.

M.Cabbarovun sözlərinə görə, sadələşdirilmiş vergi sistem bəzi sahibkarlar üçün dövriyyəni azaltmaq üçün alətə çevrilib: “Çox təəssüf ki, sadələşdirilmiş vergi sistemi son illər məhz dövriyyəni azaltmaq və özünü kiçik biznesmen adlandırmaq üçün bir alət olub”.

Bundan başqa, nazir bildirib ki, bir sıra dükanlarda kassa aparatlarına müdaxilə olunur və dövriyyə göstəricisi azaldılır: “Onlar bizə göstərir ki, dövriyyələri 180 min manatdır və bizim 4%-lik vergi öhdəliyimiz var. Mən də deyirəm ki, bu, anormaldır, biz bu yolla getməməliyik. Bu, inkişaf yolu deyil. Biz bir şeyi anlamalıyıq ki, vergi dövriyyəsini azaltmaq prinsip etibarı ilə vergi cinayətidir. Gəlin gizlən-qaç əvəzinə başqa, hansısa bir komanda oyunu oynayaq”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR