SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda kiçik vergi ödəyicilərinin işi sadələşdirilib

14-08-2017, 14:58 | Oxunub: 14 881 |

Naxçıvanda kiçik vergi ödəyicilərinin işi sadələşdirilib

Emtv.az azərtac-a istinadən xəbər verir ki, Naxçıvan Şəhər Vergilər İdarəsində yeni fəaliyyətə başlayan sabit vergi ödəməli olan şəxslərə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbzlər təqdim olunub.

Bununla əlaqədar keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası vergilər nazirinin müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov vurğulayıb ki, Vergi Məcəlləsində konkret peşə adları qeyd olunan kiçik vergi ödəyicilərinin işi xeyli yüngülləşdirilib. Onlar, ümumiyyətlə, vergi bəyannamələri təqdim etmədən, kiçik və sabit məbləğdə vergi ödəyərək sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz almaqla öhdəliklərini yerinə yetirmiş olurlar. Bu dəyişikliklər fərdi qaydada fəaliyyət göstərən aşağı gəlirli fiziki şəxslərin vergi və inzibati yükünün azaldılmasına xidmət edir. Həmçinin kiçik sahibkarlıqla məşğul olmaq istəyənlərin də sayının artmasına təkan verir.

Fərrux Əkbərov qeyd edib ki, Naxçıvan şəhərində şadlıq evləri çoxdur, burada aparıcı, çalğıçı, aşbaz, kameraman heç də az deyil. Bir nəfər də olsun vergi orqanlarında qeydiyyatda durmadan bu fəaliyyətlə məşğul olmamalıdır.

Tədbirdə Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət şöbəsinin əməkdaşı Elçin Babayev “Sabit vergi və onun tətbiqi”, qanunsuz sahibkarlığın aşkar edilməsi şöbəsinin rəisi Rəşad Əliyev “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə vergi ödəyicisinə tətbiq edilən maliyyə sanksiyaları” və Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi Rəşad Əliyev “Naxçıvan şəhəri üzrə cari ilin yeddi ayı ərzində sabit vergi sahəsində görülmüş işlər və bu sahədə qarşıda duran vəzifələr” barədə danışıblar.

Naxçıvan Muxtar Respublikasında cari ilin birinci yarısında ümumilikdə 158 vergi ödəyicisinə 253 halda “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” verilib, dövlət büdcəsinə bu fəaliyyətlə əlaqəli 5 min 560 manat vəsait ödənilib. Həmin müddətdə Naxçıvan şəhəri üzrə 55 vergi ödəyicisinə 85 halda belə qəbz verilib, büdcəyə 2 min 470 manat vəsait toplanıb. Aparılan maarifləndirmə işinin nəticəsidir ki, iyul ayı ərzində bu sahədə xeyli artıma nail olunub. Həmin müddətdə Naxçıvan şəhərində 60 vergi ödəyicisinə 61 halda qəbz verilib, büdcəyə 1785 manat vəsait daxil olub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR