18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Odessa Teyyub” ləqəbli narkotacir SAXLANILDI
Şirvanda kriminal dairələrdə "Odessa Teyyub” ləqəbi ilə tanınan narkotacir saxlanılıb.
Emtv.az apa-ya istinadən xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, 1966-cı il təvəllüdlü Teyyub Eyyub oğlu Tağıyev saxlanılıb.
Onun üzərinə baxış zamanı 1 ədəd bükümdə ümumi çəkisi 36,136 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.
Qeyd edək ki, bir müddət əvvəl T.Tağıyev kriminal mübahisə zamanı digər cinayətkar qrupun üzvü tərəfindən ayağından güllələnib. Hadisədə iştirakçı olan 4 nəfər həbs edilib.
T. Tağıyevin əvvəllər Ukrayna, Moldova və Azərbaycanda adam oğurluğu, insan alveri və oğurluq maddələri ilə bir neçə dəfə məhkum olunduğu bildirilir.
Faktla bağlı Şirvan Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Emtv.az