SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Həbsdə olan polkovnik azadlıq istəyir: "Ailəm var, uşağım xəstədir"

2-05-2018, 12:59 | Oxunub: 5 809 |

Həbsdə olan polkovnik azadlıq istəyir: "Ailəm var, uşağım xəstədir"
Sabiq polkovnikin məhkəməsi başlayıb. Dələduzluqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi, polis polkovniki Fərhad Məmmədxanov hakim qarşısına çıxarılıb.

Onun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən şəxslə zərərçəkmiş arasında barışıq əldə edilməyib.

Zərərçəkmişin vəkili bildirib ki, dəymiş zərər ödənilməyib: "Müdafiə etdiyim şəxs dedi ki, 20 min versə, onu bağışlayaram. Amma bu məbləğ də ödənmədi".

Təqsirləndirilən polkovnik isə həbsxanada olduğu müddətdə bu pulu ödəməsinin mümkün olmadığını deyib: "5 aya yaxındır, həbsdəyəm. Əvvəl aramızda barışıq oldu. Notariusdan barışıq ərizəsi verdi. Amma indi həbsdəyəm. Dediyi məbləğə də razıyam. Amma çıxım, şərait yaradın ki, verim. Mənim qaçacaq yerim yoxdur. Ailəm var, uşağım xəstədir, ölür. Qanı qanla yumazlar. Ödəyəcəyimin sözünü verirəm".

Məhkəmə prosesi mayın 7-də davam etdiriləcək.

İttihama görə, Fərhad Məmmədxanov tanışı Eldar Hənifəyevi iş görmək adı ilə aldadıb. Ona balıq satışı işi görməyi və yaxşı qazanc əldə etməyi təklif edib. Bu məqsədlə Eldar Hənifəyevdən 185 min dollar alıb. Hər ay da qazanc kimi Eldar Hənifəyevə 6 ay 5 min dollar verərək onun etibarını qazanıb. E.Hənifəyev daha sonra pulunu ala bilməyib və şikayətçi olub. Məhkəmədə ittihama münasibət bildirən Fərhad Məmmədxanov ittihamla özünü təqsirli bilmədiyini söyləyib.

Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Onun barəsində həbs-qətimkan tədbiri seçilib və 1 saylı İstintaq Təcridxanasına (Kürdəxanı) göndərilib. Fərhad Məmmədxanov iş qurmaq adı ilə vətəndaşa qarşı dələduzluqda ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR