18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Alimin dələduzluqda təqsirləndirilən oğlu məhkəmədə özünü qismən təqsirli bilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emin Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
EMTV.az -ın yerli mətbuata istinadən xəbər verirki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən E. Quliyev özünü qismən təqsirli bilib. O, zərərçəkmişlərə vurulan ziyanın bir hissəsini artıq ödədiyini deyib.
Məhkəmə prosesi iyulun 12-də davam etdiriləcək.
Qeyd edək ki E. Quliyev “IG Academy” xaricdə təhsil şirkətinin rəhbəri olub. O, bir neçə nəfərə xaricdə təhsil alması üçün xidmətlər göstərəcəyini vəd edərək dələduzluq edib. Onun 200 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirdiyi bildirilir.
E. Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
E. Quliyev tanınmış riyaziyyatçı alim, Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin oğludur.
EMTV.az