18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Ərdoğanı devirmək üçün 31 gəmiyə əmr verilibmiş
2016-cı ilin 15 iyulunda – hərbi çevriliş gecəsi prezidenti Rəcəb Tayyib Ərdoğanı zərərsizləşdirmək üçün 31 gəmiyə səfər əmri verən “Fəthullah Terror Təşkilatı” (FETÖ) ilə əlaqədar daha bir detal ortaya çıxıb. Emtv.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, FETÖ-nün lideri Fəthullah Gülənə aid səs qeydində “Uqandadan ananas gəlmiş” deyərək şifrəsini verdiyi almaz və brilyant kimi qiymətli daşların qaçaqmalçılıq yolu ilə döyüş gəmiləriylə daşındığı məlum olub.
Xəbərə görə, FETÖ-nün təlimatı ilə Afrikada liman-liman gəzən Dəniz Qüvvələrinə məxsus gəmilərindən qiymətli daşların daşınması üçün istifadə edilib. Dəniz Qüvvələri Komandirliyində yerləşədirilən “imamlar” da FETÖ üzvü olan admiralların hər addımda Gülənin təlimatı ilə hərəkət etdiklərini etiraf ediblər.
Son olaraq 2014-cü ildə Türkiyə Dəniz Xidmət Qrupunun Afrika qitəsi ətrafında turu zamanı marşrut Gülənin təlimatı ilə müəyyən olunub. Gəmilərin yan aldıqları limanlar isə FETÖ-yə aid məktəblərin olduğu ölkələrə məxsusdur. Gəmilər ümumilikdə 24 ölkənin 25 limanıı ziyarət edib.
Emtv.az