18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Canlı ələ keçirin, əlləri arxadan bağlı, diz çökmüş şəkildə fotosunu çəkin” – Çevriliş günü Gülənin Ərdoğan təlimatı
15 iyul hərbi çevriliş cəhdi ilə bağlı FETÖ lideri Fətullah Gülənin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqda verdiyi təlimat ortaya çıxıb
Emtv.az xəbər verir ki, Türkiyənin “Aydınlık” qəzetinin yazdığına görə, Fətullah Gülən Türkiyə imamı vasitəsilə Ərdoğanın sağ ələ keçirilməsini istəyib. Ələ keçiriləndən sonra isə əllərinin qandallaması və diz çökdürülərək danışdırılması və bütün bunların videoya çəkilməsi təlimatını verib.
Gülən MKİ-nin (CİA) “etibarsızlaşdırma”, İraqda ABŞ əsgərlərinin Səddam Hüseyni həbs edərkən çəkib yaydığı fotolar taktikasından istifadə etmək istəyib. O zaman Səddamın saçı-saqqalı bir-birinə qarışmış, özünü isə quyudan dartıb çıxarmışdılar. Sonradan bu foto bütün dünya mətbuatında paylaşılmışdı. Gülən də Ərdoğan üçün eyni ssenarini fikirləşsə də, bunu bacara bilməyib.
Fətullah Gülənin Türkiyəyə qayıdışını CİA ilə bir yerdə planlaşdırdığını bildirən təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, çevriliş müvəffəqiyyətə nail olsaydı, İstanbula gələcək və aeroportda milyonlarla adam tərəfindən qarşılanacaqdı.
Qarşılığında ABŞ-ın bütüm arzuları yerinə yetiriləcəkdi. Çevriliş cəhdi zamanı mərkəzi komandanlıq şəbəkəsinin olması görüntüsü verilməyə cəhd edilsə də, bu mümkün olmayıb. Çevriliş uğursuzluğa düçar olunca ABŞ hakimiyyətinin qiyamçılara dəstək verən qolu bu dəstəyi geri çəkib.
Emtv.az