İnanıram ki, mənim ikinci dəfə, yenidən həyata qayıtmağıma öz köməkliyinizi əsirgəməyəcəksiniz.
![59 yaşlı Oğuz sakini Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan kömək diləyir! 59 yaşlı Oğuz sakini Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan kömək diləyir!](/uploads/posts/2018-04/thumbs/1525093387_5448e0e8-758e-4521-bf75-14bc404614e6.jpg)
Emtv.az xəbər verir ki, redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən 59 yaşlı Oğuz rayon sakini Bəkirova Sədayə Nuru qızı bildirir ki, o, ağır şəkər xəstəsi olmaqla bərabər, üstəlik də bu yaxınlarda 3-cü dərəcəli ağır ürək infarktı keçirmişdir.
Bunun nəticəsində isə, Sədayə Bəkirovanın həyatı üçün ciddi təhlükə yaranmışdır.![59 yaşlı Oğuz sakini Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan kömək diləyir! 59 yaşlı Oğuz sakini Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan kömək diləyir!](/uploads/posts/2018-04/thumbs/1525093324_f8bb313f-6265-45fa-923d-6248af23b9a7.jpg)
Ərizəçinin sözlərinə görə, onun hazırda müalicə aldığı Mirqasımov adına Respublika Mərkəzi Klinik xəstəxanasının həkimləri təcili keçirilməli olan əməliyyata görə ondan 3000 manat pul tələb edirlər.
Sədayə xanımın ailəsinin isə, bu pulu verməyə imkanı yoxdur. Bu səbəbdən də, Sədayə Bəkirova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət etmək məcburiyyətində qalıb.Ölkənin Birinci vitse-prezidentinə ünvanlanan müraciətdə deyilir:“Çox hörmətli Mehriban xanım Əliyeva!
Bildirmək istəyirəm ki, mən ağır formada ürək infarktı keçirmişəm və hazırda Bakı şəhərində, Mirqasımov adına Respublika Mərkəzi Klinik xəstəxanasında müalicə alıram.
Həkimlər bildirirlər ki, təcili olaraq ürək əməliyyatı olunmalıyam və ürəyimə “stend” qoyulmalıdır. Bunun üçün isə, məndən həkimlər 2500-3000 manat civarında pul tələb edirlər.Mənimsə ailəmdə belə imkan yoxdur.Bununla əlaqədar bütün yuxarı instansiyalara yəni ki, Oğuz RİH-nin rəhbərliyinə, səhiyə şöbəsinə, rayonun baş həkiminə və şəxsən respubilkanın Səhiyyə naziri cənab Oktay Şirəliyevə dəfələrlə teleqram vuraraq, müraciətlər göndərmişik. Lakin bu günə kimi heç bir nəticəsi yoxdur.
Həkimlərin deməyinə görə isə, mənim elə də çox vaxtım qalmayıb. Yəni təcili əməliyyat olunmasam, bu xəstəlik mənim həyatıma son qoya bilər.Çox hörmətli Mehriban xanım!
Sizdən xahiş edirəm ki, mənim müəlicəmə lazım olan məbləğin həkimlərə verilərək mənim əməliyyat olunmağıma köməklik göstərəsiniz.
Mən bilirəm ki, yalnız Siz müvafiq göstəriş versəniz bu məsələ dərhal yerində öz həllini tapacaq.Həkimlər bildirilər ki, əməliyyat olunub yenidən həyata qayıtmaq imkanı əldə etmək üçün mənim cəmi bir həftə vaxtım qalıb.
Mən 59 yaşında 3 övlad anasıyam. Yoldaşım Bəkirov Raqif Abdulhəmid oğlu 65 yaşı olmasına baxmyaraq, 1991-1993-cü illərdə hərbi vertolyotçu kimi Qarabağ döyüşlərinin aktiv iştirakçılarından olub və hal-hazırda təqaüdçüdür.Eyni zamanda da kiçik oğlum hərbiçi olaraq, atasının tutduğu yolu davam etdirir.
Sizə əvvəlcədən öz adımdan və bütün ailəmiz adından təşəkkür edirəm!İnanıram ki, mənim ikinci dəfə, yenidən həyata qayıtmağıma öz köməkliyinizi əsirgəməyəcəksiniz.
İmza: Azərbaycan Respublikası, Oğuz rayonu, Babək küçəsi, ev 30 ünvanında yaşayan Bəkirova Sədayə Nuru qızı”. Əlaqə teli: 055-947-90-00; 070-497-90-00Emtv.az