SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Saxta sənədlərlə ev satan dəllalın məhkəməsi- axtarışa verilib, həbs edilib

27-04-2018, 14:42 | Oxunub: 6 424 |

Saxta sənədlərlə ev satan dəllalın məhkəməsi- axtarışa verilib, həbs edilib
Bakıda müxtəlif şirkətlərin adından saxta sənədlər düzəldərək vətəndaşlara qarşı dələduzluq etməkdə ittiham edilən dəllal hakim qarşısına çıxarılıb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Zaur Əbilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, Zaur Əbilov bir neçə tanışı ilə əlbir olaraq ayrı-ayrı şəxslərə qarşı dələduzluq edib. Z.Əbilov müxtəlif MTK-ların adından saxta sənədlər hazırlayaraq vətəndaşların etibarından sui-istifadə edərək onlara ev satacağını deyib və onların külli miqdarda pulunu ələ keçirib. Belə ki, o, Yeganə Manaflıya Bakıxanov qəsəbəsində tikilən binadan ev satacağını vəd edib. Saxtalaşdırılmış sənədlərdən istifadə edərək onun etibarından sui-istifafə edərək 28 min 500 manatını alıb. Digər zərərçəkmiş Tural Hüseynovun isə 33 min 843 manatını ələ keçirib.

T.Hüseynova AKKORD şirkətinin tikdiyi binadan ev satacağını söyləyib. Elşad Muradovun isə etibarından istifadə edərək Binəqədi rayonundakı fərdi yaşayış evini ona satacağını vəd edərək aldadıb. Bu məqsədlə də ondan 10 min manat alıb. Digər zərərçəkniş isə Elgün Ələkbərovdur. İttihamda yazılır ki, E.Ələkbərov ev almaq adı ilə Z.Əbilova 95 min manat verib. Z.Əbilov OBA MTK-ya məxsus binadan ona ev satacağını vəd edib və şirkətin adından saxta sənədlər hazırlayıb.

Z.Əbilov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) və 178.2.2 (dələduzluq; təkrarən törədildikdə) maddələri ilə ittiham edilir.
Zaur Əbilov ittihamla özünü qismən təqsirli bilib və deyib ki, etdiyi əməllərdə yanlışlıq var və peşmandır. O, sadəcə Elgün Ələkbərovun epizodu üzrə öxünü təqsirli bilməyib. Deyib ki, bu işdə adı keçən digər şəxslər Elgün Ələkbərovu aldadıb. Zərərçəkmiş E.Ələkrov isə puluşəxsən Z.Əbilova verdiyini deyib bə dəymiş zərərin ödənilmədiyini söyləyib.


Digər zərərçəkmiş Tural Hüseynov isə ona dəymiş 33 min 843 manatlıq ziyanın bir hissəsinin ödənildiyini deyib: "Zaur axtarışda olan 14 500 manat borc qalmışdı. Həmin vaxt 5 min də ödədi. Anası ilə də 4500 manatlıq borc müqaviləsi bağladıq. Amma aylar keçsə də cəmi 150 manat ödənilib. Mən barışıq ərizəsi yazmışam, amma pulumu ödəmirlər".

Xatırladaq ki, Zaur Əbilov təqsirləndirilən şəxs qismində əvvəıki məhkəmə iclaslarına dəfələrlə gəlmədiyi üçün onun barəsində qərar qəbul edilib. Qərara əsasən, Z. Əbilov axtarışa verilib və onun barəsində seçilmiş ev dustaqlığı həbs qətimkan tədbiri dəyişdirilib. Təqsieləndirilən şəxs məhkəmədən və bəzi zərərçəkmişlərdən qaçmasını belə izah edib: "Başqa şəxslərə də borcum var idi. Onları ödəmək, nəsə etmək üçün qaçırıdım".

Z.Əbilov Bakıda ev dəllalı kimi fəaliyyət göstərib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR