18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Rusiya «pomidor siyasəti»ni dəyişir
Emtv.az-ın Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, «Rosselxoznadzor» Türkiyədən tomat idxalına qoyuluş məhdudiyyətləri may ayının birindən başlayaraq, aradan qaldıra bilər. Bu barədə idarənin saytında xəbər verilir.
«Baytarlıq və fitosanitar nəzarəti üzrə federal xidmət xəbər verir ki, idarə Türkiyə Respublikasının ərzaq, kənd təsərrüfatı və heyvandarlıq Nazirliyinin zəmanəti altında 2018-ci il mayın 1-dən başlayaraq, Türkiyədə «tomat moli»sindən (Tuta absoluta) azad bölgələrdə istehsal olunan tomat məhsullarının Rusiya Federasiyası ərazisinə məhdudiyyət olmadan gətirilməsinə icazə verilməsini mümkün hesab edir» – xəbərdə deyilir.
Rusiya hələ 2016-cı il yanvarın birindən, Türkiyə hərbi-hava qüvvələrinin Rusiya təyyarəsinə hücumundan sonra bir sıra ərzaq məhsullarının ölkə ərazisinə gətirilməsinə embarqo qoymuşdu. 2016-cı ilin payızından başlayaraq, məhdudiyyətlər ardıcıl olaraq aradan qaldırılsa da tomat idxalı üzrə qadağa qüvvədə qalırdı.
Bundan əvvəl Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçov bəyan etmişdi ki, Rusiya Türkiyədən tomat idxalı siyahısını genişləndirə bilər.
Emtv.az