18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Buna heç vaxt nail ola bilməyəcəklər” – Ramiz Mehdiyev
“Ermənilər böyük dövlət yaratmaq istəyirlər. Onların dənizdən-dənizə adlanan ideyası var. Çox səhv ideyadır, buna heç vaxt nail ola bilməyəcəklər. Bu ideyanın başında kilsə dayanıb”.
Emtv.az xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev ATV-yə verdiyi müsahibədə deyib: “Bu gün Serj Sarkisyan, sabah başqası, onlardan asılı olmayaraq, ermənilərin belə ideyası var.
Əsas məqsəd ondan ibarətdir ki, Azərbaycan dövləti bundan sonra da çox qüdrətli olmalıdır və bütün səylərin qarşısını almalıdır. Biz istəyirik ki, məsələni diplomatik danışıqlar yolu ilə həll edək, çünki müharibə istər-istəməz insan tələfatı ilə nəticələnir.
Azərbaycan 15 ildə çox geniş inkişaf edib. Cənab prezidentin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan bu gün dünyada tanınır.
Prezidentin məqsədi ondan ibarətdir ki, bu məsələni danışıqlar yolu ilə həll edək. Lakin bu baş tutmasa, bizim başqa yolumuz yoxdur – biz torpaqlarımızı qaytarmalıyıq, sərhədlərimizi bərpa etməliyik – məcburuq, müharibə yolu ilə münaqişəni həll edək”.
Emtv.az