18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Yüksək vəzifəyə gedən deputatlar - 6 yer boş qaldı
Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla əksər dövlət qurumlarına rəhbər təyin edilib. Prezidentin komandasında yer verdiyi şəxslərin arasında deputatlar da üstünlük təşkil edir.
Emtv.az xəbər verir ki, hökumətdə vəzifəyə getdiyindən, yaxın vaxtlarda onların deputat fəaliyyətlərinə də xitam veriləcək. Belə ki, sözügedən vəzifəli şəxslər deputatlıq fəaliyyətinə xitam verilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) öz sənədlərini təqdim edəcəklər.
Vəzifə verilən deputatların siyahısı:
Nazirlər Kabinetinin yeni tərkibində yer alan millət vəkillərinin siyahısını təqdim edir:
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev;
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev;
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – Fuad Rauf oğlu Muradov;
Dövlət Miqrasiya Xidmətinin rəisi – Vüsal Əfqan oğlu Hüseynov.
Qeyd edək ki, Milli Məclisdə daha 2 deputat yeri boş qalıb. Belə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci vitse-prezident təyin olunduqdan sonra, onun deputat fəaliyyətinə xitam verilib. Milli Məclisin deputatı Astan Şahverdiyev isə bir neçə gün əvvəl vəfat edib. Bu səbəbdən, Milli Məclisdə ümumilikdə 125 deputatdan yalnız 119-u təmsil olunur.
Emtv.az