SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Muxtar respublikada sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəldilib

17-04-2018, 16:24 | Oxunub: 6 201 |

Muxtar respublikada sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəldilib

Bu ilin birinci rübündə muxtar respublikada avtonəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi üçün bir sıra tədbirlər görülüb.

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyindən bildirilib ki, bu dövrdə daşımalarla məşğul olan hüquqi və fiziki şəxslərin maarifləndirilməsi işi genişləndirilib, ayda bir dəfə Naxçıvan Avtobus Parkında sərnişin daşımalarını yerinə yetirən sahibkarların və sürücülərin iştirakı ilə seminar-müşavirə keçirilib.

Nazirlik tərəfindən şəhərdaxili nəqliyyatın intensiv və keyfiyyətli fəaliyyətini təmin etmək, 2017-2018-ci illərin payız-qış mövsümünü uğurla başa vurmaq üçün Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin fəaliyyəti daim nəzarətdə saxlanılıb.

Muxtar respublikadan Türkiyənin müxtəlif şəhərlərinə avtobus marşrutlarının fəaliyyəti davam etdirilib, hər gün iki reys olmaqla, Naxçıvan-İqdır və əks-istiqamətdə sərnişindaşıma həyata keçirilib. 2018-ci ilin birinci rübündə Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə Naxçıvandan Bakıya 3 min 254, Bakıdan Naxçıvana isə 3 min 318 sərnişin daşınıb.

Sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəldilib, rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilib, sərhəd kəndlərinə və ucqar dağ kəndlərinə işləyən marşrut avtobuslarının fəaliyyəti xüsusi nəzarətdə saxlanılıb. Həmçinin taksi və avtobus sürücülərinin muzeylərə ekskursiyaları təşkil olunub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR