SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Nizami rayonunda hesabat yığıncağı keçirilib - FOTOLAR

17-04-2018, 15:39 | Oxunub: 7 513 |

Nizami rayonunda hesabat yığıncağı keçirilib - FOTOLAR
Bu gün Nizami Rayon İcra Hakimiyyətində 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Emtv.az xəbər verir ki, yığıncaqda Milli Məclisin deputatları – Sədaqət Vəliyeva və Rasim Musabəyov, rayonun idarə, müəssisə və təşkilatlarının, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının rəhbərləri iştirak ediblər.

İlk öncə yığıncaq iştirakçıları İcra Hakimiyyətinin foyesindəki ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək onun əziz xatirəsini yad ediblər.


Yığıncağı giriş sözü ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq, ilk öncə 2018-ci il 11 aprel tarixində keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində cənab İlham Əliyevin möhtəşəm qələbəsi münasibətilə iclas iştirakçılarını təbrik edib və bildirib ki, cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqımızın ölkə rəhbərinə olan etimadının təzahürüdür. A.Qasımov respublikanın bütün bölgələrində olduğu kimi, Nizami rayonunda da Prezident seçkilərinin tam demokratik, şəffaf və seçicilərin yüksək fəallığı şəraitində keçdiyini, heç bir qanun pozuntusunun müşahidə olunmadığını qeyd edib və cənab İlham Əliyevin seçkilərdə rayon üzrə 84,65% səs topladığını nəzərə çatdırıb. Sonra A.Qasımov aprel ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında respublikanın sosial-iqtisadi vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirə olunduğunu bildirib. A.Qasımov dövlət başçısının cari ilin birinci rübündə ölkəmizin uğurla inkişaf etdiyini, bir sıra layihələrin icra olunduğunu və müsbət dinamikanın ilin sonuna qədər saxlanılmasının və daha da artırılmasının vacibliyini vurğuladığını diqqətə çatdırıb. Eyni zamanda, respublikada həyata keçirilən islahatların davam etdirildiyini, əhalinin həyat səviyyəsinin yaxşılaşdığını, sosial-iqtisadi göstəricilərin ötən dövrlərə nisbətdə yüksək səviyyədə olduğunu, infrastruktur layihələrinin uğurla icra edildiyini və bu istiqamətdə işlərin davam etdirildiyini söylədiyini yığıncaq iştirakçılarının nəzərinə çatdırıb.

Sonra A.Qasımov 2018-ci ilin birinci rübündə Nizami rayonunun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında məruzə üçün sözü başçının müavini İldırım Mehdiyevə verib.

Hesabat məruzəsi ilə çıxış edən İ.Mehdiyev rayonun müxtəlif sahələrində əldə olunmuş nailiyyətlər və görülmüş işlər barədə geniş məlumat verib.

İ.Mehdiyev cari ilin birinci rübündə, yəni 07 mart 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasının açılışı mərasimində iştirak etdiyini və 27 mart 2018-ci il tarixində isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın B.Çobanzadə küçəsi ilə M.Abbasov küçələrinin kəsişdiyi ərazidə tikilmiş Bona Dea Beynəlxalq Hospitalının açılışında iştirak etdiklərini söyləyib.

İ.Mehdiyev 2018-ci ilin birinci rübündə rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 114,3 milyon manat dəyərində, yəni ötən ilin müvafiq dövrünə nisbətən 13,3 faiz çox sənaye məhsulu istehsal edildiyini, istehsalın 32,1 faizinin qeyri-dövlət sektoruna aid olduğunu, öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcminin 42,6 milyon manat, yəni ötən ilin müvafiq dövrünə nisbətən 3,2 dəfə çox, pərakəndə ticarət dövriyyəsinin həcminin 548,2 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcminin isə 99,4 milyon manat olduğunu, rabitə sahəsində 91,8 milyon manat dəyərində, yəni ötən ilin müvafiq dövrünə nisbətən 8,7 faiz çox, nəqliyyat sahəsində isə 24,6 milyon manat dəyərində xidmətlər göstərildiyini, rayonda 985 yeni iş yeri açıldığını diqqətə çatdırıb.


İ.Mehdiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığının icrasını təmin etmək məqsədilə 15.02.2018-ci il tarixdən 26 №-li Şəhər poliklinikasında, 18 və 32 №-li Birləşmiş Şəhər Xəstəxanalarında 18 yaşdan yuxarı rayon əhalisinin pulsuz tibbi müayinədən keçirilməsinə başlanıldığını, mart ayının 31-dək 42440 nəfərin tibbi müayinədən keçdiyini, onlardan 1606 nəfərin ambulator, 106 nəfərin isə stasionar müalicəyə cəlb olunduğunu və rayon əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi tədbirlərinin davam etdirildiyini bildirib. Eyni zamanda, Heydər Bağı Park-Bulvarda "Dünyagöz” Bakı Xəstəxanasının Mobil Göz Klinikası tərəfindən rayon sakinləri üçün ödənişsiz göz müayinəsi aksiyasının keçirildiyini söyləyib.

İ.Mehdiyev cari ilin birinci rübündə rayonun daxili resursları hesabına Keşlə qəsəbəsindəki 227 №-li tam orta məktəbdə İcra Hakimiyyəti tərəfindən əsaslı təmir işlərinə başlanıldığını, Milli Sağlamlıq Mərkəzinin tikintisində son tamamlama işlərinin görüldüyünü nəzərə çatdırıb.

Bunlardan əlavə, ictimai-siyasi və humanitar sahələr üzrə, rayonun xidmət və təsərrüfat idarələri tərəfindən tabeçiliklərində olan ayrı-ayrı təsərrüfatlarda görülən işlər barədə, həmçinin ordu sıralarına çağırışın vəziyyəti ilə bağlı, ictimai asayişin mühafizəsi, təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən işlər barədə hesabat verib.


Daha sonra, yığıncaqda çıxış edən Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov 11 aprel 2018-ci il tarixinin müstəqil Azərbaycan dövlətinin və xalqımızın həyatında əlamətdar tarixi və siyasi hadisə kimi yadda qaldığını, ölkəmizdə demokratik seçki ənənəsi formalaşdığını qeyd ediblər və keçirilən Prezident seçkilərində Azərbaycan xalqının cənab İlham Əliyevə səs verərək dövlət başçısına bir daha öz etimadını göstərdiyini söyləyiblər. Cənab İlham Əliyevin seçkilərdə parlaq qələbə qazanmasının bütövlükdə Azərbaycan xalqının iradəsini ifadə etdiyini, iqtidar-xalq birliyinin, vəhdətinin sarsılmaz olduğunu vurğulayıblar. Natiqlər həmçinin 2018-ci ilin birinci rübündə respublikamızda ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışıblar.

Yığıncağa yekun vuran İcra Hakimiyyətinin başçısı Arif Qasımov 2018-ci ildə qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində rayon üzrə həllini gözləyən bir sıra işlərin yerinə yetirilməsinin vacibliyini qeyd edərək, aidiyyəti təşkilatlara müvafiq tapşırıqlarını verib.

Nizami rayonunda hesabat yığıncağı keçirilib - FOTOLAR

Nizami rayonunda hesabat yığıncağı keçirilib - FOTOLAR

Nizami rayonunda hesabat yığıncağı keçirilib - FOTOLAR

Nizami rayonunda hesabat yığıncağı keçirilib - FOTOLAR


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR