18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Beynəlxalq Bankın şöbə müdiri 1 milyon mənimsədi - Ölkədən qaçarkən saxlanıldı
Azərbaycan Beynəlxalq Bankının Gəncə filialının "Yeni Gəncə” şöbəsinin müdiri Cəlil Əlizadə həbs olunub.
Emtv.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, ailəsi ilə birgə ölkədən qaçarkən sərhəddə saxlanılıb.
Məlumata görə, hadisə ötən gecə baş verib. Belə ki, bankın şöbə müdiri külli miqdarda vəsaiti (bir milyon manatdan artıq) mənimsəyib. Onun hətta sərhədi keçdiyi, lakin sonradan saxlanılaraq geri qaytarıldığı bildirilir.
C. Əlizadənin, eyni zamanda banka qoyulan depozitləri oğurladığı, müxtəlif şəxslərin adına kreditlər rəsmiləşdirərək ələ keçirdiyi haqda məlumatlar var.
Hazırda Beynəlxalq Bankın rəhbərliyi Gəncəyə səfər edib. Məsələ ciddi şəkildə araşdırılır.
Bankdan hadisə ilə bağlı hələlik hər hansı bir rəsmi açıqlama vermək niyyətində olmadıqlarını qeyd ediblər.
Məlumat üçün bildirək ki, ABB-in Gəncə filialının müdiri iki ay əvvəl öz ərizəsi ilə işdən azad olunub.
Emtv.az