SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bankın sabiq filial müdiri, 7 nəfər zərərçəkmiş və 3 milyonluq yeyinti

21-11-2017, 13:24 | Oxunub: 6 840 |

Bankın sabiq filial müdiri, 7 nəfər zərərçəkmiş və 3 milyonluq yeyinti

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda, mənimsəmədə təqsirləndirilən “Dəmir Bank” ASC-nin Bayıl filialının sabiq müdiri 31 yaşlı Fərəh Rəşadətli, xəzinadarı 31 yaşlı Tamamgül Xanlarova və bankın əməkdaşı 28 yaşlı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Virtualaz.org-un xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İstintaq yolu ilə müəyyən edilib ki, Fərəh Rəşadətli “Dəmir Bank” ASC-nin Bayıl filialının müdiri vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda əmlakı ələ keçirib, dələduzluq edib, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədib.

O, Tural Axundovdan 395 min manat, Əzizə Axundovadan 1 milyon 155 min manat, Bəhruz Axundovdan 400 min manat, Pərvanə Əliyevadan 400 min manat dollar, Gülnur Axundovdan 300 min manat, Sevda Xəlilovadan 300 min manat, Firəngiz Xəlilovadan 150 min dollar, Rüstəm Qasımovdan 100 min dolları əmanət kimi alaraq mənimsəyib.

F.Rəşadətli ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.

“Dəmir Bank”ın nümayəndəsi Firudin Quliyev mülki iddia qaldıraraq banka dəymiş maddi və mənəvi ziyana görə 100 min manat ödənilməsini tələb edib.

Qeyd edək ki, F. Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), F.Qarayev və T.Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər.

Onların hər üçü barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırlıq iclası zamanı F.Rəşadətlinin barəsindəki ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.
F.Rəşadətli 3 milyon manata yaxın pulu mənimsəməkdə, bankın digər iki əməkdaşı isə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinirlər.

Cinayət işində 7 nəfər zərərçəkmiş var.

Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilib. Hakim bildirib ki, ibtidai istintaq zamanı bir sıra pozuntulara yol verilib. İş yenidən araşdırılaraq, məhkəməyə göndərilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR