SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda keçirilən “Kətə” festivalı yekunlaşıb

9-04-2018, 13:38 | Oxunub: 10 763 |

Naxçıvanda keçirilən “Kətə” festivalı yekunlaşıb
Aprelin 7-si və 8-də Naxçıvanqala Tarix-memarlıq Muzey kompleksində keçirilən “Kətə” fesitvalına yekun vurulub.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, festivalda minlərlə şəhər sakini və muxtar respublikaya gələn qonaqlar böyük maraqla iştirak ediblər. Tədbirə qatılan iaişə obyektləri və ailə təsərrüfatının təmsilçiləri Naxçıvana məxsus olan 20 növ kətəni iştirakçılara təqdim ediblər. Naxçıvan dağlarından toplanan faydalı bitkilərdən hazırlanan kətələr elə seyriçilərin gözünün önündə hazırlanaraq təndir və saclarda bişirilib.Təkcə Şahbuz rayonundan festivala 400 kq kətə içliyi olan pencərlər çıxarılıb. Ordubaddan isə bəzi ailə təsərrüfatları kətə bişirmək üçün istifadə edilən 20 növ dağ pencərini sərgiləyiblər. Naxçıvan şəhəri, Şərur, Babək, Culfa, Kəngərli, Sədərk rayonlarında hazırlanan kətələr bir-birindən dadına və bişirilmə texnologiyasına görə fərqlənib. Bu isə Naxçıvanın mətbəxinin zəngiliyindən xəbər verir. Məhz bu məqamlar festifalı daha marqlı edib. Festivalın sonunda “Ən dadlı kətə” nominasiyası üzrə müsabiqənin qalibləri elan olub. Nümayiş olunan məhsullar görünüşünə, çeşid müxtəlifliyi və dadına görə münsiflər tərəfindən müəyyənləşdirilərək, festivalın qalibləri seçiliblər.


Üçüncü yerlərə Babək rayon sakini Rahilə Cəlilova, Kəngərli rayon sakini Pakizə İsmaylova, ikinci yerlərə Naxçıvan şəhər sakini Nazilə Allahverdiyeva, Şahbuz rayon sakini Aygün Mahmudova layiq görülüb. Festivalın qalibi isə Şərur rayon sakini Mirqasım Eminov olub. Qaliblərə diplomlar təqdim edilib.

Naxçıvanda keçirilən “Kətə” festivalı yekunlaşıb

Naxçıvanda keçirilən “Kətə” festivalı yekunlaşıb

Naxçıvanda keçirilən “Kətə” festivalı yekunlaşıb


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR