SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvana həsr olunmuş "Caspian Energy" jurnalının təqdimatı keçiriləcək

9-04-2018, 11:56 | Oxunub: 9 902 |

Naxçıvana həsr olunmuş "Caspian Energy" jurnalının təqdimatı keçiriləcək
"Caspian Energy İnternational Media Group" və "Caspian European Club" Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi ilə birgə "Caspian Energy" jurnalının Naxçıvan MR-nin lider olduğu Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqinin nəticələrinə həsr olunmuş xüsusi buraxılışının təqdimatını təşkil edəcək.

Emtv.az-ın azərtac-a istinadən məlumatına görə, "Caspian European Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib ki, jurnalın təqdimatı 2018-ci il aprelin 17-də keçiriləcək.

O qeyd edib ki, təqdimatda Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Azərbaycandakı diplomatik missiya rəhbərləri, həmçinin "Caspian European Club"a üzv şirkətlərinin və idarə heyətinin üzvləri iştirak edəcəklər.


“Bu reytinqdə regionlar 18 parametr üzrə 6 qrupa bölünüblər: sosial-demoqrafik xüsusiyyətlər, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı”, - deyə o vurğulayıb.

T. Əliyev əlavə edib ki, "Caspian Energy" jurnalının bu nömrəsi həmçinin dünyanın 70 ölkəsinin dövlət və hökumət başçılarına, dövlət və transmilli şirkət rəhbərlərinə, beynəlxalq maliyyə institutlarına, aparıcı analitik mərkəzlərinə, investisiya şirkətlərinə və reytinq agentliklərinə təqdim olunacaq.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian European Club" 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və "Caspian Energy İnternational Media Group"un fəal iştirakı ilə yaradılıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR