17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Prezident açılışda – FOTOLAR
Qaradağ rayonunda, SOCAR-ın “Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimi keçirilib.
Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev və “Caspian Drilling” Şirkətinin baş direktoru Fərid Axundov dövlət başçısına qurumun 1996-2016-cı illər ərzində fəaliyyəti, əməliyyatlar üzrə səmərəli vaxt cədvəlinin dünyanın digər qazma şirkətləri ilə müqayisəsi, həmçinin Heydər Əliyev adına yarımdalma qazma qurğusu barədə məlumat veriblər.
Prezident İlham Əliyev SOCAR-ın və “Caspian Drilling” şirkətinin rəhbərliyi, layihədə çalışanlar, həmçinin ölkədə pay bölgüsü sazişlərində iştirak edən xarici şirkətlərin nümayəndələri ilə görüşüb.
Dövlət başçısı Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışını bildirən düyməni basıb.
Prezident İlham Əliyev tədbirin iştirakçıları ilə söhbət edib. Sonra dövlət başçısı qurğu ilə yaxından tanış olub.
Prezident İlham Əliyevə burada quraşdırılacaq sualtı əməliyyat aparatı barədə məlumat verilib. Bu aparat sualtı görüntüləri əldə edəcək və baş verə biləcək qəza zamanı zəruri funksiyaları yerinə yetirəcək.
Dövlət başçısı yarımdalma qazma qurğusunun yaşayış blokunda da olub.
Heydər Əliyev adına yarımdalma qazma qurğusu dünyada 1400 atmosfer sistemi texnologiyasına sahib olan ilk və yeganə qurğudur. Onun yükgötürmə qabiliyyəti 5600, su tutumu isə 47500 tondur. Qurğuda 160 nəfər işçi heyəti çalışa bilər.