18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycan Afrikanın 12 ölkəsinə yardım edəcək
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) nümayəndəsi aprelin 2-də İslam İnkişaf Bankının (İİB) Tunisdə keçirilən 43-cü illik toplantısında iştirak edib.
Emtv.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbir çərçivəsində AİDA və "Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” (AFAB) kampaniyasının digər tərəfdaşları tərəfindən kampaniyanın ikinci mərhələsinin başlamasını nəzərdə tutan sənəd imzalanıb. Bununla, kampaniyanın 2018-2022-ci illəri əhatə edəcək və 12 Afrika ölkəsində həyata keçirilməsi nəzərdə tutulan ikinci mərhələsinə start verilib.
Nazirlikdən bildirilib ki, kampaniyanın 2012-2015-ci illərdə həyata keçirilən birinci mərhələsi nəticəsində Afrika Birliyinə daxil olan ölkələrdə kataraktadan əziyyət çəkən 56 mindən çox insanın görmə qabiliyyəti bərpa edilib və ümumilikdə 300 mindən artıq insanın gözü müayinə edilib.
Emtv.az