SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan və İndoneziya əməkdaşlıq haqqında memorandum imzalayıb

26-07-2017, 14:48 | Oxunub: 6 453 |

Azərbaycan və İndoneziya əməkdaşlıq haqqında memorandum imzalayıb
Cakartada Azərbaycan prezidenti yaninda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziyanın İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Emtv.az-ın report-a istinadən məlumatına görə, İndoneziyada dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi məqsədini daşıyan memorandumu hər iki qurumun rəhbərləri İnam Kərimov və Asman Abnur imzalayıblar.İmzalanma mərasimdən sonra İ.Kərimov Azərbaycan-İndoneziya dostluq və tərəfdaşlıq münasibətlərindən danışıb. O, son illər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən iqtisadi, sosial və dövlət idarəçilyi sahəsində həyata keçirilən uğurlu islahatlardan və bu islahatların tərkib hissəsi olan “ASAN xidmət”in fəaliyyətindən bəhs edib.

Dövlət xidmətlərinin göstərilməsi sahəsində məhz Azərbaycan modelinin seçilməsi ilə bağlı məmnunluğunu bildirən nazir A.Abnur növbəti illərdə bu modelin İndoneziyada uğurla tətbiqinə əminliyini ifadə edib.Səfər çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyəti İndoneziyanın İnvestisiya Əlaqələndirmə Şurası, Ədliyyə və İnsan Hüquqları Nazirliyində görüşlər keçirib, Cakarta şəhərinin vahid məkandan ictimai xidmətlər göstərən mərkəzinin fəaliyyəti ilə tanış olub.Dövlət Agentliyinin nümayəndə heyəti həmçinin Bali adasının Denapasar şəhərinin meri ilə görüşüb, şəhərin vahid məkandan ictimai xidmətlər göstərən mərkəzində olub.Səfər çərçivəsində təşkil olunmuş görüşlərdə Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi Əşrəf Şıxəliyev və Azərbaycanın İndoneziyadakı səfirliyinin əməkdaşları da iştirak ediblər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR