17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Bakıda avtobusda qadına yumruq vuran şəxs tutuldu
Martın 28-də saat 18 radələrində paytaxtın Moskva prospektindəki avtobus dayanacaqlarının birində 65 saylı xətt avtobusunda asayişi pozmaqda şübhəli bilinən şəxs həmin ərazidə xidmət aparan Nəsimi rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı tərəfindən saxlanılaraq 19-cu Polis Bölməsinə gətirilib.
Emtv.az xəbər verir ki, bu barədə yerli mətbuatın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi İlham Babayev bildirib.
İ.Babayev deyib ki, araşdırmalarla onun Bakı şəhər sakini Müşfiq Namazov olduğu müəyyən edilib.
Martın 29-da Bakı şəhər sakini S.Sultanova da 19-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək 65 saylı xətt avtobusunda həmin vaxt M.Namazov tərəfindən döyüldüyünü bildirib.
“Faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – İ.Babayev deyib.
Emtv.az